North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Material Mühəndisi (region)
Position Responsibilities / Vəzifə Öhdəlikləri
- Tikinti Materiallarının xassələrinin tədqiqi.
- Xammal, yarımfabrikatlar, materiallar, konstruksiyalar və hazır məhsullar üzrə müvafiq texniki şərtlərə və standartlara uyğunluğu müəyyən etmək üçün laboratoriya sınaqları və digər növ tədqiqatlara rəhbərlik və nəzarət edir
- Laboratoriya tədqiqatlarının aparılmasına aid inzibati, metodiki və normativ sənədlər;
- Aparılan təhlillər, sınaqlar və tədqiqatlar çərçivəsində lazımi hesablamaları aparır, alınan nəticələri təhlil edir və onları sistemləşdirir.
- İnşaat məqsədləri üçün yararlı materiallrın seçilməsi.
- Materialların qiymətləndirməsi üçün müxtəlif şəraitlərdə sınaqların təşkili və tətdbiq edilməsi.
- Laboratoriya sınaqlarının və tədqiqatlarının aparılması üçün yeni və mövcud metodları təkmilləşdirir və onların işlənib hazırlanmasına köməklik göstərir.
- İstehsalatda yaranan nöqsanların səbəblərini araşdırır, onun qarşısının alınması və aradan qaldırılması üzrə təkliflərin hazırlanmasında iştirak edir.
- Karxanaların müəyyən edilməsi.
- Materialların saxlanması ilə bağlı göstərişlərin və tövsiyyələrin verilməsi.
- Material hacmlərinin hesablanması və istifadə üçün keyfiyyətli materiallar haqqında malumatların verilməsi.
- Layihə mühəndisləri və menecerləri üçün hesabatların hazırlanması.
- Materialdan istifadə zamanı ətrəf mühitə təsirin nəzərə alinması.
- SƏTƏM prosedurlarına riayət edilməsi.
- KT/KN üzrə prosedura riayət edilməsi.
- Layihə üzrə Keyfiyyətin idarəedilməsi Planına töhfələrin verilməsi və riayət edilməsi.
Position Requirements / Tələblər
- Mühəndislik üzrə bakalavr dərəcəsi
- Müvafiq iş təcrübəsi minimum 1 il
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
- Xammala, materiallara və hazır məhsula texniki tələbləri bilməli.
- Tikinti materiallarının istehsalında və sahədə tədbiqində yaranmış problemləri effektiv şəkildə həll etmək;
- Laboratoriya avadanlığı və onun istismar qaydalarını;
- Tikinti laboratoriyasının yerli aktlarını və təşkilati-inzibati sənədlərini hazırlamasında təcrübə;
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Material Mühəndisi (region)” başlığı ilə göndərməklə edə bilərsiniz.