Meqa Həyat Sığorta

Şirkət haqqında:

“Meqa Həyat” sığorta şirkəti 17.09.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən SF-0003 nömrəli lisenziya verilmişdir.

Şirkət 09.03.2021-ci il tarixində İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilmiş, 12.03.2021-ci il tarixində isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi verilmişdir. 

26.05.2021-ci il tarixində “Meqa Həyat" sığorta şirkəti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılar siyahısına daxil edilmişdir.

“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 11 000 000 AZN təşkil edir və şirkətin təsisçisi 100% payla “Meqa Sığorta” ASC-dir.

Təklif etdiyimiz həyat sığortası məhsulları:

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

- Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta

- Həyatın yaşam sığortası

- Müddətli həyat sığortası

Əlaqə vasitələri:

Mühasib - aktuar

“Meqa Həyat Sığorta” ASC Hesabatlılıq şöbəsinə yeni komanda üzvlərini dəvət edir.

Şöbə: Hesabatlılıq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması.
  • Aktuar hesablamalarının aparılması və risk analizlərinin hazırlanması.
  • Büdcə planlaması və proqnozların tərtibi.
  • Gəlir və xərclərin analizi, maliyyə axınlarının izlənməsi.
  • Mühasibat uçotu sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi.
  • Qanunvericiliyə və mühasibat standartlarına uyğun işləmək.

Tələblər:

  • Maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində ali təhsil.
  • Mühasibatlıq və ya aktuar sahəsində təcrübə.
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı.
  • 1C, Logo, SAP və ya digər mühasibat proqramlarında işləmə bacarığı (üstünlükdür).
  • Analitik düşüncə və detallara diqqət yetirmə bacarığı.
  • Komandada işləmə və vaxtında tapşırıqları yerinə yetirmə bacarığı.

Üstünlüklər:

  • Sığorta, bank və ya pensiya fondlarında iş təcrübəsi.
  • Aktuar sertifikatlarının olması (əgər varsa qeyd edin).
  • IFRS və yerli vergi qanunvericiliyinə bələdlik.
  • Power BI.

Əmək şəraitinin şərtləri:

  • İş vaxtı: 5 günlük iş rejimi , saat 09:00-18:00.
  • İstirahət günləri: Şənbə, Bazar.
  • Əməkhaqqı: Müsahibə əsasında namizədin biliklərinə uyğun təyin edilə bilər ( 400-700).

İş yeri: Bakı, Nərimanov r/n, Əhməd Rəcəbli 19A.

Müraciət qaydası:

  • CV-lərə (foto şəkilli) mövzu yerinə “Mühasib-Aktuar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap