Amal Group

Şirkət haqqında:

AMAL GROUP tikinti sahəsində müxtəlif növ təmir, quraşdırma, mühəndislik və dizayn xidmətləri təklif etməklə evlərdə, ofislərdə, dövlət, sənaye və digər obyektlərdə təhlükəsiz və rahat formada layihələrin həyata keçirilməsinə köməklik göstərir.

Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində dövlət layihəsinin podratçısı seçilərək 16 min kv.m-dən çox olan yaşayış sahəsinin istifadəyə verilməsini təmin etmişik. Hal-hazırda 32 min kv.m sahədə tikintilərimiz davam edir. Eyni zamanda fərdi evlərin tikintisində yalnız müasir dəbli dizayna deyil, həm də düşünülmüş funksionallığa diqqət yetiririk.

AMAL GROUP şirkəti olaraq layihələndirmə və tikinti-inşaat sahəsinə böyük təcrübəmiz, qabaqcıl texnologiyalardan istifadə edən peşəkar komandamız, etibarlı tərəfdaşlarımız habelə öz texnika parkımızla daxil olmuşuq.

“AMAL GROUP” MMC Xəyallarınızın möhkəm bünövrəsi

Əlaqə vasitələri:

Sətəm üzrə mütəxəssis

İş yeri: “AMAL GROUP”MMC

 Vəzifə öhdəlikləri:

  • Müəssisədə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək;
  • İşçilərin sağlam və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • SƏTƏM üzrə risklərin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi üçün təhlillər aparmaq;
  • İstehsalat qəzaları, xəsarət halları, zəhərlənmələr və digər hadisələrin araşdırılmasında iştirak etmək, aktlar tərtib etmək, hesabatlar hazırlamaq;
  • Yeni işçilərin ilkin SƏTƏM təlimatlandırılmasını və mütəmadi olaraq mövcud işçilərin yenidən təlimatlandırılmasını təşkil etmək;
  • Təhlükəli iş sahələrində SƏTƏM qaydalarının yerinə yetirilməsinə gündəlik nəzarət etmək və pozuntu halları barədə akt tərtib etmək;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və düzgün istifadəsinə nəzarət etmək;
  • Sahə üzrə plan və proqramlar (təlimat planı, yoxlama planı, risk təhlili və s.) tərtib etmək və yerinə yetirilməsinə nəzarət etmək;
  • SƏTƏM sahəsində hesabatların hazırlanması, aidiyyəti orqanlara və rəhbərliyə təqdim edilməsi;
  • Yanğın təhlükəsizliyi sistemlərinin (yanğınsöndürənlər, siqnalizasiya, çıxış yolları) vəziyyətinə nəzarət etmək və təftişlər aparmaq;
  • Ətraf mühitə təsirin minimuma endirilməsi üçün ekoloji nəzarət və tullantıların idarə olunmasına dair tədbirlər görmək;
  • Aidiyyəti dövlət qurumlarının yoxlamalarında iştirak etmək və tələb olunan sənədləri təqdim etmək. 

Müsahibə üçün müraciət ünvanı:

  • Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

İş qrafiki və qeydlər:

  • 6 günlük iş qrafiki
  • İş yerinin ünvanları: Şirvan (İş yerinə yaxın ərazidə yaşayan şəxslərə üstünlük veriləcək) və Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)

Tələblər

  • İş stajı; 1-3 il
  • Yaş həddi: 25-55

Əmək haqqı: Müsahibə əsasında təyin edilir.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap