Super Toys

Şirkət haqqında:
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 8 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Əlaqə vasitələri:
Korporativ Satış üzrə Mütəxəssis
Böyüyən komandamıza Korporativ Satış üzrə Mütəxəssis axtarırıq! Əgər satış bacarığınız güclüdürsə və müştəri yönümlü yanaşmaya sahibsinizsə, sizi komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
- Mövcud korporativ müştərilərlə işin təşkili və inkişafı
- Yeni müştərilərin cəlb olunması, təqdimat və danışıqların aparılması
- Satış planlarının icrası və aylıq hədəflərin yerinə yetirilməsi
- Bazar və rəqib analizlərinin aparılması
- Müştəri bazasının idarə olunması və mütəmadi əlaqələrin saxlanılması
Namizədə tələblər:
- Ali təhsil (arzuolunandır)
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Yaş həddi: 25-35
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Komandada işləmək və satış hədəflərinə fokuslana bilmək
- Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönəlik yanaşma
İş şəraiti:
- Əmək haqqı: 600 – 700 AZN + satışdan bonus
- Karyera inkişafı və öyrənmə imkanları
- Rahat və peşəkar iş mühiti
- İş yeri 20 yanvar metrosu yaxınlığı (Rövşən Cəfərov 10)