Mühasib (Sumqayıt)
Namizədə tələblər:
- Ali təhsil maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi üstünlükdür)
- Vergi Məcəlləsi və əmək qanunvericiliyi barədə biliklər
- Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə bilmək)
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
Əsas vəzifə və öhdəliklər:
- Mühasibat uçotunun düzgün aparılması və maliyyə hesabatlarının hazırlanması
- Bank, kassa, əməkhaqqı, əsas vəsaitlər və digər maliyyə əməliyyatlarının qeydiyyatı
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət, sadələşdirilmiş, DSMF və s.) hazırlanması və təqdim olunması
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
- Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını.
- Ödəniş və debet hesablarının idarə olunması, o cümlədən fakturaların işlənməsi və uyğunlaşdırılması
- Aylıq istehsalat xərclərinin və maya dəyərinin təhlili və hesabatların hazırlanması;
İş şəraiti:
- İş yeri: Sumqayıt Kimya sənaye parkı
- İş qrafiki həftə içi 5 gün (09:00-18:00)
- Nahar təminatı və korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Mühasib” adını mövzu hissədə qeyd etməklə CV formalarını qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.