Ultra Technologies

Şirkət haqqında:
Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır. ULTRA Technologies şirkəti E-Təhsil, E-Sənəd Dövriyyəsi, E-İmza, E-Bank, E-Kitabxana, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elektron portalı və s. kimi qlobal əhəmiyyətli iri elektron layihələri həyata keçirmişdir
Əlaqə vasitələri:
Layihə Meneceri (IT İnfrastruktur üzrə)
Vəzifə öhdəlikləri
- IT infrastruktur layihələrinin tam dövrünün idarə edilməsi: planlaşdırmadan tətbiqə və istismara verilməyə qədər.
- Podratçılar və daxili (infrastruktur mühəndisi, şəbəkə mühəndisləri, təhlükəsizlik və s.) habelə müştəri tərəfindən komandaları ilə işinin koordinasiyası.
- Vaxt kontrolu, büdcə, keyfiyyət və müştəri tələblərinə uyğunluğun nəzarəti.
- Texniki-iqtisadi əsaslandırmalar (TİƏ), yol xəritələri, hesabatların hazırlanması.
- Maraq sahibləri ilə əlaqə (top-menecment, müştərilər, tənzimləyici orqanlar).
- ITSM proseslərinin (ITIL 4) və idarəetmə sistemlərinin (ServiceNow, Jira SM, Bitrix24) istifadə bacarıqları.
Tələb olunan bilik, bacarıqlar və təcrübə:
- Məsuliyyətli və nəticəyönümlü olmaq,yüksək ünsiyyət bacarıqları,analitik düşüncə tərzi
- IT infrastruktur layihələrinin idarə edilməsində 3+ il təcrübə (Məlumat (Data) Mərkəzləri, şəbəkələr, kibertəhlükəsizlik).
- İT xidmətləri haqqında anlayışın olması;
- ITIL 4 bilikləri (ən azı Foundation, daha yüksək səviyyə üstünlükdür).
- COBIT anlayışı (audit və uyğunluqla bağlı layihələr üçün).
- Layihə idarəetmə metodologiyaları ilə işləmək bacarığı (Waterfall, hibrid modellər).
- MS Project, Jira, Confluence, Gantt diaqramları ilə işləmək bacarığı.
- Şəbəkə (TCP/IP, VPN, SD-WAN), server texnologiyaları (Server/Storage/Backup), təhlükəsizlik (NIST, ISO 27001) sahəsində texniki savad.
İş şərtləri
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- İş yeri: Səməd Vurğun 79B,Ultra Technologies