Div Academy

Şirkət haqqında:
Div Academy 2021-ci ildə günümüzün tələb olunan proqramlaşdırma dillərini müasir və yaddaqalan metodika ilə öyrədilməsini həyata keçirir. Akademiya IT sektorunda 8 illik təcrübəsi olan "OKmedia LLC" şirkəti tərəfindən təsis edilmişdir. Akademiyada Front-end development, Back-end development, Full Stack development ixtisaslar üzrə keçirilən peşəkar dərslərə qatılaraq #GələcəyiYazanlar ola bilərsən.
Əlaqə vasitələri:
Div Academy Könüllü Proqramı
Div könüllü!
Div Academy Könüllü Proqramı – Sənin də yerin var!
Tələblər:
- Tələbə və ya yeni məzun olmaq
- Layihələrin idarə edilməsi və marketinq sahələrinə maraqlı olmaq
- Komandada işləməyi sevmək
- Ünsiyyətcil, gülərüz və məsuliyyətli olmaq
- Ayrılmış vaxtlarda proqramda aktiv iştirak etmək
Proqramda öyrənəcəksən:
- Tədbirlərin təşkili və nəticələrinin analiz olunması
- Komanda şəklində işləməyin prinsipləri
- Kreativ ideyaların hazırlanması və inkişafı
- Marketinq kampaniyalarında, layihələrdə iştirak
- Bazar araşdırması aparmaq
İş şərtləri:
- İş yeri: Elmlər metrosunun yaxınlığı, innovativ mühitə malik ofis
- İş rejimi: Part-time
- Proqram müddəti: 3 ay
- Uğurla tamamlayan iştirakçılara sertifikat veriləcək