SAT Group

Şirkət haqqında:
SAT Group şirkəti 2014 – ci ildə təsis olunub. SAT Group şirkətinin fəaliyyat istiqaməti ümumi biznes konsaltinq xidmətləri, satış, marketinq və idarəetmə yönümlü təlimlərdir. SAT Group inşaat, qida, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda çalışan bir çox şirkətlərə konsaltinq xidməti göstərmiş, biznesin inkişaf etdirilməsinə yardımçı olmuşdur. Son 2 il müddətində SAT Group təlimlərində 400-dən çox şirkətin 2000-ə yaxın əməkdaşı iştirak etmişdir. SAT Group şirkəti 2017-ci ildən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının tərəfdaşıdır.
Əlaqə vasitələri:
Satış meneceri
İş şəraiti:
- Əmək haqqı 800 -1200 AZN. Əlavə olaraq təlimlərdə iştirak imkanı, mentor dəstəyi, ildə 1 dəfə dərəcə artımı imkanı.
- Ünvan: Xocalı prospekti 34, AGA Center
- Həftəlik iş qrafiki: 5 gün
- İş saatları: 09:00-18:00
- Müəssisənin adı: SAT Group MMC
- Departamentin adı: Satış şöbəsi
- Tabe olduğu vəzifənin adı: Satış şöbəsinin müdiri
Əmək funksiyaları:
- İsti və soyuq satış zənglərinin edilməsi
- Müştəri ilə görüşlərin təyin edilməsi və görüşlərdə iştirak edilməsi
- Ehtiyac halında müştəri üçün qısa təqdimatlar hazırlanması
- Zənglər və görüşlər haqqında məlumatların CRM proqramınıa işlənilməsi
- Satış zəngləri üçün şablon sualların hazırlanmasında iştirak edilməsi
- Müştərilərə şirkətin məhsulları haqqında ətraflı məlumat verilməsi
- Satış başa çatdıqdan sonra müqavilə hazırlanma prosesinin koordinasiya edilməsi (rekvizitlər, çatdırılma, hesab faktura, qaimə)
Tələblər
- Təhsil tələbləri: Bakalavr
- Staja dair tələb: yoxdur
- Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə
- Dil bilikləri: Azərbaycan dili – Əla
İxtisas səriştələri:
- Satış bacarığı
- Təqdimetmə bacarığı
- Səlis nitq qabiliyyəti
- Analitik düşünmə bacarığı
- Psixotipləri müəyyən etmə bacarığı
- Ünsiyyət bacarığı
- Pozitiv enerjili olmalı