İşə icazə sektorunun müdiri - Daşkəsən
Vəzifə öhdəlikləri:
- İşə icazə sisteminin təşkilinə və idarəolunmasına rəhbərlik etmək;
- Təhlükəli işlərin icrasına dair bütün işə icazələrin uyğun prosedurlara əsasən tərtibini və izlənməsini nəzarətdə saxlamaq;
- Bütün iş sahələrində əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydalarına uyğunluğu təmin etmək;
- İşçilərin və podratçıların icazə prosesləri üzrə məlumatlandırılmasını və təlimatlandırılmasını təşkil etmək;
- İcazə verilən işlərin koordinasiyasını aparmaq və ziddiyyətli işlərin qarşısını almaq;
- İş icazələrinin verilməsi,uzadılması,ləğvi və bağlanması üzrə sənədləşməni dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- İşə icazə sistemində tətbiq olunan siyasət və prosedurların daim təkmilləşdirilməsini təmin etmək və dəyişikliklərə nəzarət etmək;
- Prosedur, təlimat və formalara uyğun işləri həyata keçirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq sahə üzrə ali təhsil;
- Dağ-mədən sahəsində minimum 2 il iş təcrübəsi;
- Əməyin mühafizəsi üzrə bilik və təcrübəsinin olması üstünlükdür;
- Azərbaycan dili səlis,ingilis və rus dili biliklərinin olması arzuolunandır;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Digər məlumatlar:
- İş yeri: Daşkəsən rayonu
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 08:00 – 17:00
- Servislə təmin olunma;
- Nahar yeməyi ilə təmin olunma;