Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu
Müəllif Nəzarətinin Aparılması Üzrə Mühəndis
Vəzifə öhdəlikləri:
- Tikinti obyektlərində qrafik üzrə müəllif nəzarətini aparmaq, yaranan sualları cavablandırmaq, podrat və subpodrat təşkilatlarla daimi əlaqədə olmaq;
- Müəllif nəzarəti jurnalında qeydlərin aparılması və qeyd olunan iradların vaxtında aradan qaldırılmasını təmin etmək;
- Müəssisə, bina və qurğuların tikintisinə layihə təşkilatı tərəfindən müəllif nəzarətinin aparılması qaydalarını bilməsi;
- Layihələri oxuma və tikinti obyektinin texnoloji, texniki həllərinin layihələrdəki həllərə uyğunluğunu yoxlama bacarığı;
- Elektrik təchizatı və mühəndis komunikasıyası haqqında məlumatlı olması;
- Binadaxili su təchizatı, kanalizasiya və yanğın əlehinə sistemlərinin quraşdırılması haqqında məlumatlı olması;
- İsitmə, ventilyasiya və havanın kondisialaşdırılması üzrə məlumatlı olması;
- Tikinti obyektində sənədləşmələrin aparılması haqqında ümumi məlumatın olması;
- Həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində iş təcrübəsi (5 il);
- Kompüter bilikləri - AutoCad, MS Office;
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihələndirmə sistemlərini və metodlarını bilmək;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
- İngilis və rus dillərini bilmək arzuolunandır.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.