Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu
Su Təchizatı Və Kanalizasiya Sistemləri Üzrə Mühəndis
Vəzifə öhdəlikləri:
- Su və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin hazırlanması;
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirmə proqramından istifadə etməsi;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi;
- Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun su və kanalizasiya sistemlərinin işlərini layihələndirmək və layihə üzrə düzgün tədbiq olunmasına nəzərət;
- Su və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin hazırlanması.
Tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
- Kompüter bilikləri - MS Office, AutoCAD;
- Tikinti norma və qaydalarına dair biliklər;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.