Satış üzrə Menecer
İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Məşğulluq növü: Tam ştat
Vəzifə öhdəlikləri:
- Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq, layihələr (mənzillər) haqqında dolğun və ətraflı məlumat vermək;
- Müştəri suallarını əsaslandırılmış formada cavablandırmaq və layihənin keyfiyyəti, fərqləndirici xüsusiyyətləri barədə məlumat təqdim etmək;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun çalışmaq;
- Satışı stimullaşdırmaq üçün təkliflər vermək;
- Müştəri bazasını genişləndirmək, yeni müştərilərin cəlb edilməsi üçün ideyalar irəli sürmək;
- Satışdan sonrakı proseslərə nəzarət etmək və müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək.
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsi, real estate sahəsində minimum 1 il iş təcrübəsi;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Rus dili bilikləri arzuolunandır;
- Komandada işləmək bacarığı.