Qala Group

Şirkət haqqında:
Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir.
Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq.
Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk.
Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
Layihə: Sea Breeze ərazisində yerləşən inşaat layihəsi
İş yeri: Sea Breeze İnşaat sahəsi, Bakı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
- Azərbaycan əmək qanunvericiliyini yüksək səviyyədə bilmək və bütün HR proseslərini qanunvericiliyə uyğun icra etmək;
- İşçi münasibətlərini peşəkar şəkildə tənzimləmək və şirkət maraqlarına uyğun qərarlar vermək;
- İşçilərin davamiyyət prosesinə nəzarət etmək və davamiyyət uçotunu dəqiq aparmaq;
- İşçilərin performansının qiymətləndirilməsi proseslərini təşkil etmək, nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Bütün HR proseslərini vaxtında, dəqiq və düzgün şəkildə icra etmək;
- Aidiyyəti şöbələrə həftəlik hesabatları tam və dəqiq şəkildə təqdim etmək;
- 600 nəfərdən ibarət işçi heyətinin HR proseslərinə nəzarət etmək;
- Gündəlik əməliyyatlarda rəhbərlik və digər bölmələrlə sıx əməkdaşlıq etmək.
Tələblər:
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (inşaat layihələrində təcrübəsi olanlara üstünlük verilir);
- Azərbaycan əmək qanunvericiliyini əla səviyyədə bilmək;
- İşçi münasibətlərinin idarə edilməsində təcrübə və yüksək peşəkarlıq;
- Excel və digər MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Güclü təşkilatçılıq, analitik düşünmə və vaxt idarəetməsi bacarıqları;
- Komandada işləmək və operativ qərar vermək qabiliyyəti.