Korporativ satış üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin aktiv şəkildə cəlb olunması;
- Mövcud müştəri bazasının idarə olunması və əlaqələrin gücləndirilməsi;
- Loqistika və gömrük xidmətlərinin təqdimatı üzrə müştərilərlə görüşlərin təşkili;
- Müştəri ehtiyaclarının araşdırılması və yeni xidmət paketlərinin formalaşdırılması;
- Rəqib və bazar təhlili: qiymət strategiyaları və xidmət modelləri;
- Korporativ müştəri bazasının genişləndirilməsi məqsədilə PR və reklam yönümlü layihələrin hazırlanması və satış yönümlü tədbirlərdə iştirak;
- Sosial media hesablarında satışın artırılması istiqamətində təkliflərin verilməsi;
- Satışın inkişaf etdirilməsi və partnyorluqların qurulması;
- Müştəri şikayət və təkliflərinin təhlili, xidmət keyfiyyətinin artırılması;
- Sərgi, tədbir və təqdimatlarda iştirak;
- Aylıq satış hesabatlarının hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Minimum 3 il (logistika sahəsi üzrə)
- Ali təhsil
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili arzuolunandır
- Aktiv satış bacarığı və yeni müştəri cəlb etmək qabiliyyəti
- Yüksək ünsiyyət bacarığı və inandırma qabiliyyəti
- Mövcud müştəri bazasının olması üstünlük kimi dəyərləndiriləcək
- Xanım namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş yeri: Nərimanov rayonu, Zaur Nudirəliyev, 61
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: 1000 AZN+bonus (cəlb edilən müştərilərə əsasən)
Müraciət üçün: Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini "Korporativ satış üzrə mütəxəssis" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.