Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Şöbə rəisi
Struktur bölmənin adı Bazar davranışlarının tənzimlənməsi departamenti, Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi
Hesabatlı olduğu vəzifə Departament direktoru
Vəzifənin funksiyaları:
- Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı hüquqi məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;
- Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərilməsini təmin edir;
- Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
- Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərə nəzarət subyektlərinin, istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, nəzarət subyektləri ilə daim dialoqun olmasını təmin edir;
- Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
- Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;
Texniki biliklər
- Normayaratma üzrə biliklər– yüksək səviyyədə
- Maliyyə məhsullarının analizi üzrə ümumi biliklər – yüksək səviyyədə
- Maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər – yüksək səviyyədə
- Bank qanunvericiliyi – orta səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə
- Maliyyə sektorunda müvafiq istiqamət üzrə minimum 5 il təcrübə
- Müvafiq istiqamət üzrə rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır
Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə