Azericard

Şirkət haqqında:
"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
Əlaqə vasitələri:
SQL - PL/SQL mütəxəssisi
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: SQL - PL/SQL mütəxəssisi
Vəzifəyə olan tələblər:
- Ali təhsil (üstünlük texniki ixtisas);
- SQL sahəsində ən azı 2 illik iş təcrübəsi;
- PL/SQL proqramlaşdırma dilində ən azı 1 illik iş təcrübəsi;
- Proqramlaşdırma prinsipləri və dilləri haqqında biliklər;
- Proqram təminatının hazırlanma texnologiyaları haqqında biliklər;
- Windows, Linux əməliyyat sistemlərinin biliklər və işləmək bacarığı arzu olunandır;
- Şirkət tərəfindən xidmət göstərən avadanlıqlarının quruluşu, fəaliyyət prinsipləri və proqram təminatları haqqında bilikləri;
- Şirkətin informasiya sistemlərinin quruluşu və işləmə prinsipləri haqqında bilikləri;
- Şirkət fəaliyyətinin əsas istiqamətləri və xidmətləri haqqında biliklər;
- Bir komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik;
- Müxtəlif mənbələrdən alınan böyük həcmli məlumatlarla işləmək bacarığı, sistematik düşüncə və analitik təhlil qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurur və həyata keçirir;
- Hesabat tələblərini təhlil edir və istənilən hasilat sistemi təsiri ilə tələb olunan hasilatı ən optimallaşdırılmış şəkildə həyata keçirir;
- Rahat hesabat icrasını dəstəkləmək üçün komanda üzvü ilə bilik və təcrübə paylaşır;
- İdarəetmə hesabatını qurmaq və saxlamaq üçün rəhbərliyə lazımi məlumatları təqdim edir;
- Açılan və paylanan sorğuların vaxtdan səmərəli şəkildə işlənməsini təmin edir.