AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
Operator (Zəng mərkəzi)
Departament: Kommersiya/Müştərilərlə əlaqələr/Zəng mərkəzi
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Gələn zənglərin və sorğuların cavablandırılması;
- Şirkətin daxili qayda və prosedurlarına əməl edilməsi;
- Komanda ilə əməkdaşlıq və dəstək göstərilməsi;
- Məxfi məlumatların qorunması və düzgün istifadəsi;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
- Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Azərbaycan dili və rus dili səlis (ingilis dili biliyi üstünlükdür);
- Microsoft Office proqramları üzrə biliklər;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Qeydiyyat və məlumat bazası proqramlarında işləmə təcrübəsi;
- Telefon və elektron məktublarla peşəkar ünsiyyət bacarığı;
- Diqqətlilik və məsuliyyətli yanaşma;
- Stressli vəziyyətlərdə sakit və nəzarətli qalmaq bacarığı;
- Vaxtı effektiv idarə etmək bacarığı;
- Komanda ilə işləmə bacarığı.