Təchizat üzrə Mütəxəssis
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Tbilisi prospekti
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 600-700 Azn
Vəzifə öhdəlikləri:
- Tələblərə uyğun olaraq material və məhsulların təchiz edilməsini təşkil etmək
- Təchizat sifarişlərini hazırlamaq, göndərmək və icrasına nəzarət etmək
- Yerli və xarici təchizatçılarla əlaqə qurmaq, müqavilələri razılaşdırmaq və danışıqlar aparmaq
- Qiymət araşdırmaları aparmaq, ən sərfəli təklifləri seçmək və rəhbərliyə təqdim etmək
- Anbarda olan material ehtiyatlarını daim nəzarətdə saxlamaq
- Alınan malların say, keyfiyyət və sənədlərinə uyğunluğunu yoxlamaq
- Logistika və nəqliyyat proseslərinə nəzarət, gecikmələrin qarşısını almaq
- Gündəlik və aylıq hesabatların hazırlanması, rəhbərliyə təqdim edilməsi
- Akt və müqavilə sənədlərinin hazırlanmasında iştirak etmək
- Təchizatla bağlı büdcə planlamasında və xərclərin optimallaşdırılmasında iştirak etmək
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat və ya əlaqəli sahələr üzrə)
- Təchizat və logistika sahəsində ən azı 1-2 il iş təcrübəsi
- Bazar araşdırması və təchizat planlaması bacarığı
- Səlis Azərbaycan dili, Rus və İngilis dilləri arzuolunandır
- MS Office proqramları və 1C proqramında işləmə bacarığı (üstünlükdür)
- Analitik düşüncə, məsuliyyət, dəqiqlik və ünsiyyət bacarığı
- Yüksək təşkilatçılıq və operativlik