Təchizat üzrə Baş Mütəxəssis
İşəgötürən: “Yevlakh City Hotel” MMC /TABIA GROUP MMC
İş yeri: Yevlax şəhəri.
Əmək funksiyası:
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək;
- Şöbələr çərçivəsində tədarüklə bağlı daxili nəzarət siyasəti və prosedurlarını təmin etmək;
- Satınalmalar üzrə məlumat bazasını düzgün aparmaq;
- Təchizat şöbəsinin Menecerinə şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan xərcləri haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək;
- Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq, tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;
- Tədarükçilərlə bağlı yaranan ödəniş gecikmələri/uyğunsuzluqları aradan qaldırmaq məqsədilə mühasibatlıqla əməkdaşlıq etmək;
- Tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək;
- Yazışmaları, danışıqları və təchizat prosesini müəssisə üçün ən sərfəli olan yollarla aparmaq;
- Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.;
- Məhsulların saxlanması və təqdim edilməsi üçün F.I.F.O. tətbiq etmək;
- Zəif istifadə olunan, istifadə müddəti başa çatmış məhsulların siyahısını hazırlamaq;
- Bütün potensial real ziyanı müəyyən etmək, onlar haqqında hesabat vermək və dərhal aradan qaldırmaq.
- Rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək;
- Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək;
- Tenderlərin təşkili;
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Təchizat və ya Qida mühəndisliyi sahəsində);
- Təcrübə: Minimum 3 il (müvafiq sahə üzrə);
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
- Qida təhlükəsizliyi və keyfiyyət standartları haqqında məlumatlılıq;
- Yaxşı danışıqlar aparmaq, müqayisəli təhlil etmək və strateji qərarlar vermək bacarığı;
- Stressə davamlılıq, təşəbbüskarlıq və nəticəyönümlülük
- Azərbaycan dili – sərbəst;
- Rus və ya İngilis dili – üstünlükdür;
Bilik və Bacarıqlar:
- Təchizatçı Münasibətləri;
- Maraqlı Tərəflərin İdarə Edilməsi;
- Təchizat İdarəetmə sistemi;
- Əlaqələrin inkişaf etdirilməsi;
- Kateqoriya İdarəetmə;
- Araşdırma bacarığı;
- Texnoloji bacarıqlar;
- Tenderlərin təşkili;
- Danışıqlar aparma bacarığı;
- Təsir/inandırma bacarıqları;
- Çətin fərdlərlə işləmək bacarığı;
- Etibarlılıq; Detallara diqqətlilik;
- Məsuliyyətlilik
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi.
- Tibbi siğorta