Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Hüquqşünas
Əsas vəzifə öhdəlikləri:
- Şirkət daxili hüquqi sənədlərin tərtib edilməsi;
- Şirkətin tərəf olduğu müqavilələr üzrə yaranmış mübahisəli halların aradan qaldırılması məqsədi ilə yazışmaların tərtib edilməsi;
- Etibarnamələrin tərtib edilməsi;
- Şirkətə vurulmuş zərərin ödənilməsi məqsədi ilə istənilən dövlət və qeyri-dövlət təşkilatları ilə danışıqların aparılması və lazımi hüquqi sənədlərin tərtib edilməsi;
- İddia ərizələrinin, etirazların, sorğuların və digər prosessual sənədlərin tərtib edilməsi, məhkəmə qətnamə, qərar və qərardadlarından prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şikayətlərin tərtib edilməsi və aidiyyatı məhkəməyə təqdim edilməsi;
- Şirkətin bütün dövlət və qeyri-dövlət təşkilatlarında, hüquq mühafizə orqanlarında, məhkəmələrdə təmsil edilməsi;
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin öyrənilməsi, mənimsənilməsi və onlara əməl edilməsi;
- Müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərin artırılması.
- Şirkətin tərəf olduğu məhkəmə qərarlarının icrası məqsədi ilə icra və probasiya şöbələrində şirkətin mənafelərinin müdafiə edilməsi;
- İcra vərəqlərinin məcburi icra olunmasının tələb edilməsi, icra məmurunun hərəkət və hərəkətsizliklərindən, qərarlarından aidiyyatı üzrə şikayət verilməsi və həmin şikayətlərin təmin olunmasının tələb edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft proqramları üzrə biliklər (Word, Excel və s.)
- Korporativ yazı qaydaları üzrə biliklər;
- Komandada işləmə bacarığı;
- Yüksək ünsiyyət bacarıqları.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsilli (Müvafiq sahə üzrə)
- İş təcrübəsi: Sahə üzrə təcrübəsi min. 2 il (icra hüququ üzrə üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis və rus dili biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;