İnomarka.az

Şirkət haqqında:
Avtomobillərin, elektromobillərin və digər nəqliyyat vasitələrinin müştərilərin istəkləri və büdcəsinə uyğun Çindən, ABŞ-dan, BƏƏ-dən, Koreyadan, Almaniyadan tapılması və müştərinin istədiyi ünvana çatdırılması.
Əlaqə vasitələri:
Əməliyyatlar üzrə Mütəxəssis
Yeni açılacaq proyektə əməliyyatlar üzrə mütəxəssis tələb olunur.
Vəzifə öhdəlikləri:
- Gündəlik əməliyyatların icra edilməsi (elanların yoxlanılıb yerləşdirilməsi, təsdiq edilməsi)
- Daxil olmuş sorğuların vaxtında və dəqiq cavablandırılması
- Partnyorların və fiziki şəxslərin qeydiyyatı
- Müştəri narazılıqlarının aradan qaldırılması və problemlərin həll edilməsi
- Partnyorlara Onlayn və Oflayn təlimlərin keçirilməsi
- Fiziki şəxslərlə əlaqə saxlanılaraq partnyorluğa cəlb edilməsi
Tələblər:
- Ancaq xanım namizəd tələb olunur
- Əməliyyatların idarə edilməsi və yaxud çağrı mərkəzində 1 illik təcrübə
- Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili İntermediate səviyyəsində
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək
- Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq
İş şəraiti:
- Əməkhaqqı: 600 AZN
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
- İş yeri: Ağ Şəhər ofisimizdə
Müraciət qaydası:
Zəhmət olmasa, CV-nizi, mövzu sətrində vəzifənin adını (Əməliyyatlar Üzrə Mütəxəssis) qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.