Mexanika Mühəndisi
Vəzifə öhdəlikləri:
- Texnikaların üzərində yerləşən şassi, platforması və digər mexaniki hissələrin quraşdırma işlərinə texniki rəhbərlik etmək;
- Yığım prosesində iştirak edən ustalara və texnik heyətə koordinasiya və nəzarət etmək;
- Quraşdırma zamanı texniki çertyojların və sxemlərin düzgün tətbiqinə nəzarət etmək;
- Avadanlıqların və texnikaların texniki istismarını, saz vəziyyətdə olmasını və fasiləsiz işləməsini təmin etmək;
- İllik və cari təmir planlarının, həmçinin texniki baxış və sınaq cədvəllərinin hazırlanmasını təşkil etmək;
- İstehsalat sahəsində mexaniki problemlərin aradan qaldırılması və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- İllik material və ehtiyat hissələri tələbatını müəyyən etmək və büdcə planlaşdırılmasında iştirak etmək;
- Tələb olunduqda podratçı təşkilatlarla koordinasiya aparmaq, onlara texniki sənədlər təqdim etmək və quraşdırma keyfiyyətini izləmək;
- Çertyojların oxunması, dəyişdirilməsi və texniki sənədlərlə işləmə bacarığına malik olmaq;
- Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək və funksional hesabatlılığı təmin etmək.
Namizədə tələblər:
- Ali texniki təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Avtomatika və ya digər əlaqəli sahələr üzrə bakalavr və ya magistr)
- Güc, moment, dönmə momenti, enerji, qüvvə və iş prinsipləri haqqında bilikləri olmalı;
- Vəzifə üzrə 3-5 il iş təcrübəsi
- İstehsalat sahəsində təcrübəsi olsun
- CAD proqramları (AutoCAD, SolidWorks, Inventor və s.) ilə işləmə bacarığı
- Texniki hesabatların və sənədlərin hazırlanması
- Ölçü və diaqnostika alətləri ilə işləmə bacarığı
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Sumqayıt şəhəri
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.