IMA Energy

Şirkət haqqında:
IMA Energy QSC 2009-cı ildə elektrik layihələndirmə sənayesinə yeni bir səviyyədə peşəkarlıq gətirmək məqsədi ilə yaradılmışdır. İxtisaslı və təcrübəli işçi heyəti ilə biz müştərilərin ehtiyaclarını hər zaman təmin etməyə borcluyuq. Sağlamlıq və təhlükəsizliyin müvafiq qanunvericiliyinə uyğun olaraq, mühəndislərimiz riskin qiymətləndirilməsinə uyğun olaraq həyata keçirilən bütün quraşdırma işləri ilə təlim keçmişdir. İMA Energy şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərmişdir.
Əlaqə vasitələri:
Elektrik
Ərazi: Bakı şəhəri, Əhmədli
Əsas vəzifələr:
- Elektrik kabellərinin və avadanlıqlarının layihəyə uyğun şəkildə quraşdırılması və sazlanması
- Elektrik sistemlərində yaranmış nasazlıqların təyin olunması və aradan qaldırılması
- Elektrik sxemləri və layihə sənədlərinin oxunması və icrası
- Aşağı və orta gərginlikli sistemlərlə işləmək
- Layihə mühəndisləri və texniki nəzarətçilərlə koordinasiyalı şəkildə işləmək
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək
Namizədə dair tələblər:
- Elektrik sahəsində texniki təhsil (peşə və ya texnikum)
- Minimum 3 il elektrik sahəsində iş təcrübəsi (tikinti və sənaye obyektlərində üstünlükdür)
- Elektrik alətləri ilə işləmək bacarığı
- Elektrik sxemlərini oxuma və texniki sənədlərlə işləmə bacarığı
- Komandada işləmə bacarığı, məsuliyyətlilik və çeviklik
Şirkət təklif edir:
- Rəsmi əmək müqaviləsi
- Stabil əmək haqqı (müsahibə əsasında müəyyən olunacaq)
- 6 günlük iş rejimi:
- Bazar ertəsi – Cümə: 09:00 – 17:00
- Şənbə günü: 09:30 – 15:30 (5 saatlıq iş günü)
- Nahar fasiləsi: 13:00 – 14:00
- Peşəkar və dinamik komanda mühiti