IMA Energy

Şirkət haqqında:
IMA Energy QSC 2009-cı ildə elektrik layihələndirmə sənayesinə yeni bir səviyyədə peşəkarlıq gətirmək məqsədi ilə yaradılmışdır. İxtisaslı və təcrübəli işçi heyəti ilə biz müştərilərin ehtiyaclarını hər zaman təmin etməyə borcluyuq. Sağlamlıq və təhlükəsizliyin müvafiq qanunvericiliyinə uyğun olaraq, mühəndislərimiz riskin qiymətləndirilməsinə uyğun olaraq həyata keçirilən bütün quraşdırma işləri ilə təlim keçmişdir. İMA Energy şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərmişdir.
Əlaqə vasitələri:
Fəhlə
Ərazi: Bakı şəhəri, Əhmədli
Əsas vəzifələr:
- Tikinti və montaj işlərində mühəndis heyətinə kömək etmək
- Avadanlıqların daşınması, sahənin təmiz saxlanması və iş sahəsinin hazırlanması
- Tapşırılan gündəlik fiziki işlərin vaxtında və dəqiq yerinə yetirilməsi
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək
- İdarə olunan avadanlıq və materialların düzgün istifadə olunmasına diqqət yetirmək
Namizədə dair tələblər:
- Fiziki cəhətdən sağlam olmaq
- Oxşar sahədə iş təcrübəsi arzuolunandır
- Əmək intizamına riayət etmək və verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq
- Komandada işləmək bacarığı
- 25-30 yaş aralığında olması üstünlükdür.
Şirkət təklif edir:
- Rəsmi əmək müqaviləsi
- Stabil əmək haqqı (müsahibə əsasında müəyyən olunacaq)
- 6 günlük iş rejimi:
- Bazar ertəsi – Cümə: 09:00 – 17:00
- Şənbə günü: 09:30 – 15:30
- Nahar fasiləsi: 13:00 – 14:00
- Sabit və təhlükəsiz iş mühiti