Caspident

Şirkət haqqında:
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir.
Əlaqə vasitələri:
Video kontent üzrə mütəxəssis (Videoqraf)
İşin Təsviri:
Biz, diş implantları, materiallar, avadanlıqlar və cihazlar sahəsində fəaliyyət göstərən və eyni zamanda beynəlxalq konqreslər, kurslar və tədbirlər təşkil edən şirkətik. Marketinq strategiyamızı inkişaf etdirmək və satışlarımızı artırmaq üçün komandamıza Video kontent üzrə mütəxəssis (Videoqraf) axtarırıq.
Vəzifələr:
- Brendin strategiyasına uyğun video kontentlərin hazırlanması və montajı;
- Çəkilişin planlaşdırılması, icrası və post-prodakşn prosesi (montaj, rəng düzəlişi və s.)
- Sosial media və digər platformalar üçün qısa və uzun video çarxların hazırlanması;
- Məhsullarımız barədə qısa videolar (Reels, Stories) çəkmək və montaj etmək, lazım olduqda mobil telefon vasitəsilə sürətli və keyfiyyətli çəkilişlər həyata keçirmək və maraqlı və yaradıcı kontent ideyaları hazırlamaq;
- Çəkiliş prosesinin təşkili və icrası (kamera, işıqlandırma, səs avadanlıqları ilə işləmə),
- Ssenariyə uyğun storyboard və kontent ideyalarının hazırlanması və mövcud video kontentlərin optimizasiyası və yenilənməsi;
- Peşəkar kamera və işıq avadanlıqları ilə işləmə bacarığı;
- Adobe Premiere Pro, Final Cut Pro və ya digər montaj proqramlarında təcrübə;
- Rəqəmsal platformalar üçün uyğun qısa formatlı video kontent yaratma bacarığı
- Yaradıcılıq və estetik baxış
Tələblər:
- Videoqrafiya və montaj sahəsində minimum 1-2 il təcrübə
- Adobe Premiere Pro, After Effects, DaVinci Resolve və digər montaj proqramlarında peşəkar səviyyədə işləmək bacarığı
- Kamera və avadanlıqlarla işləmək təcrübəsi
- Kreativ düşüncə, vizual hissiyat və detallara diqqət və trendləri izləmək və yeniliklərə açıq olmaq
- Komanda ilə işləmə bacarığı və operativlikvə səlis danışıq, ünsiyyətcil olmaq.
- Kreativ düşüncə və problem həll etmə bacarığı
- Komanda ilə işləmə və idarəetmə qabiliyyəti
Əmək şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Karyera inkişafı imkanları;
- Peşəkar təlimlərdə iştirak.
- Əmək haqqı: əmək haqqı təcrübədən asılı olaraq müsahibə zamanı təyin ediləcəkdir.
Üstünlük sayılacaq:
- Fotoqrafiya bilikləri
- Motion design bilikləri (After Effects, Blender və s.)
- Sosial media kontent strategiyası üzrə anlayış
- YouTube, TikTok və Instagram üçün optimallaşdırma təcrübəsi
- Şəxsi fotoaparıtı olan namizədlərə üstünlük verilir.