Caspident

Şirkət haqqında:
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir.
Əlaqə vasitələri:
Mühasib
Tələblər:
- Təhsil – Ali (mühasibatlıq, maliyyə və uyğun istiqamətlər üzrə)
- Təcrübə - minimum 3 il (müvafiq sahə üzrə)
- Vergi və əlaqəli qanunvericiliyi bilmək
- Riyazi məntiq
- Analitik təhliletmə qabiliyyəti
- Detallara diqqət
- Məsuliyyətlilik
- Dəqiqlik
- Etibarlılıq
- Komandada işləmək bacarığı olmalı;
- Yaş məhdudiyyəti 25-35
Öhdəlikləri:
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
- Bank əməliyyatları (mədaxil və məxaric)
- Kassa əməliyyatları
- Satışla bağlı ilkin sənədlərin (hesab-faktura, qaimə-faktura, müqavilələr) tərtib olunması və yoxlanması;
- Kassa və bank əməliyyatlarının, ödəniş və borc balanslarının izlənməsi;
- Müştəri və tədarükçülərlə qarşılıqlı hesablaşmaların nəzarətdə saxlanılması;
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- E-qaimə, VHF və digər elektron sənədlərin verilməsi;
- 1C, Logo və ya digər mühasibat proqramlarında satış sənədlərinin işlənməsi;
- Vergi uçotu və DSMF, Statistika, ƏDV bəyannamələri üzrə ilkin məlumatların hazırlanmasında iştirak;
- Mal hərəkəti və satış dövriyyəsinə nəzarət;
- Audit və yoxlama zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim olunması.
- Tender üçün sənədlərin hazırlanması
- İnventarizasiya prosesinin həyata keçirilməsi
- Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
- Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, Vahid bəyannamə, mənfəət vergisi hesabatı)
- Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
İş şərtləri:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İşyeri: Bakı şəhəri;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır