Norm OJSC

Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
Anbardar
Hazırda şirkətimizə Anbardar vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Balaxanıda yerləşən Beton zavodu
Tələblər:
- Orta texniki təhsil;
- Anbar sahəsi üzrə azı 3 il iş təcrübəsi;
- MS Office komputer proqramı üzrə bacarıqlar;
- ERP və ya WMS proqramlarında işləmək bacarığı;
- Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Vəzifə və Öhdəliklər:
- Anbarların gündəlik fəaliyyətini təşkil və nəzarət etmək;
- Xammal, material və hazır məhsul üçün ayrı-ayrı anbar sahələrinin düzgün istifadəsini təmin etmək;
- Məhsulların FIFO prinsipləri əsasında yerləşdirilməsini təmin etmək
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Anbara yükləmə-boşaltma işlərinə nəzarət etmək;
- Daxil olan malların kodlaşdırılması və düzgün etiketlənməsini təmin etmək
- Anbara qəbul edilmiş mallar haqqında son-istifadəçiləri məlumatlandırmaq, onların həmin malları təftiş etməsi məqsədilə lazım olan texnika və işçi qüvvəsi təmin etmək
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
- Material və məhsulların təhlükəsizlik qaydalarına (MSDS-lərə) uyğun saxlanılmasını təmin etmək
- Riskli və kimyəvi materiallar üçün ayrıca qoruma və işarələmə tədbirləri görmək
- Temperatur, rütubət və digər mühüm parametrlərə nəzarət etmək (əgər tətbiq olunursa)
- İş tapşırıqlarını paylaşdırmaq, eləcə də iş tapşırıqlarını və qayimələri nəzərdən keçirmək
- Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
- İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı olmasına nəzarət etmək;
- Anbarların olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
- Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
- Anbarlara boşalan malların yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
- Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin etmək;
- Hər bir məhsul növü üzrə fiziki və mühasibat uçotunun dəqiqliyini təmin etmək
- Anbardan istehsalata və ya satış nöqtəsinə çıxarılan malların düzgün qeydiyyatını aparmaq
- Anbar proqramları və ya sənəd dövriyyəsi vasitəsilə hərəkətlərin izlənməsi
- Anbardan malların buraxılış vərəqəsi əsasında buraxılmasını təmin etmək və buna nəzarət etmək;
- Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştirak etmək;
- Aylıq, rüblük və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- İstehsalat, satış, təchizat və maliyyə şöbələri ilə effektiv koordinasiya qurmaq
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
- ISO 9001, 14001 və 45001 standartlarına uyğun sənədlərin istifadəsi