Hilton Baku

Şirkət haqqında:

Bakının tam mərkəzində, Heydər Əliyev Beynəlxalq Hava Limanından 30 dəqiqəlik məsafədə yerləşən Hilton Baku oteli Xəzər dənizinin və şəhərin möhtəşəm mənzərəsindən zövq alacağınız məkandır. YUNESKO tərəfindən Dünya İrsinə daxil edilən və 12-ci əsrə aid İçəri Şəhər oteldən gəzinti məsafəsindədir. Alış-veriş edin, yerli əyləncələrdən həzz alın və ya şəhər mərkəzindəki kafelərdə dincəlin.

Müasir üslublu geniş otel otaqlarından və lüks nömrələrdən şəhərin və Xəzər dənizini seyr edə bilərsiniz.Otaqda naqilsiz internet və işgüzar səfəriniz üçün hər cür şərait mövcuddur. Executive otaq sifariş edərək, 17-ci mərtəbədə yerləşən Executive Lounge-dan istifadə edə bilərsiniz. Həmçinin, 18 konfrans və iclas otaqları, geniş banket zalı və tam təchiz edilmiş Biznes Mərkəzi də xidmətinizdədir.

Geniş teraslı Sky Grill restoranındakı nahar və panorama görünüşlü 360 dərəcə fırlanan Bardakı kokteyllər zövqünüzü oxşayacaq. Bununla yanaşı, Hiltonda Eyforiyaya qapana bilərsiniz. Zəngin Spa, unikal müalicə prosedurları, idman zalı və örtülü hovuz sizin xidmətinizdədir.

Əlaqə vasitələri:

Camaşırxana işçisi

Çamaşırxana işçisi çamaşırxana əməliyyatlarına dəstək göstərmək və qonaqlara yüksək səviyyəli xidmət təqdim etmək məqsədilə ütüləmə, tikiş və bu kimi xidmətləri yerinə yetirir.

Mən nə edəcəm?

Çamaşırxana işçisi kimi sizin əsas vəzifəniz çamaşırxana işlərinə dəstək göstərmək və qonaqlara ütüləmə, tikiş və digər oxşar xidmətlər təqdim etməklə əla qonaq təcrübəsi təmin etməkdir. Bundan əlavə, çamaşırxana işçisi qonaq sorğularını idarə etmək və cavablandırmaqdan da məsul olacaq. 

Xüsusilə, siz aşağıdakı vəzifələri ən yüksək standartlara uyğun yerinə yetirmək üçün məsuliyyət daşıyacaqsınız:

  • Zərurət olduqda çamaşırxanada bütün işlərə dəstək göstərmək
  • Çamaşırların yuyulması, qatlanması və düzgün şəkildə saxlanılmasını təmin etmək
  • Qonaq sorğularını otelin brend standartlarına və müəyyən olunmuş müddətinə uyğun icra etmək
  • Qonaqlara çamaşır yuma, ütüləmə, tikiş və digər oxşar xidmətlər təqdim etmək
  • Çirkli və zədələnmiş camaşırları xüsusi torbalarda saxlamaq və düzgün şəkildə utilizasiya etmək
  • Çamaşırxana otağını və uniforma anbarını təmiz və qaydasında saxlamaq – mərtəbələrdə hər növ camaşır üçün kifayət qədər ehtiyatın olmasını təmin etmək
  • Kimyəvi maddələri düzgün şəkildə istifadə etmək və saxlamaq
  • Texniki nasazlıqlar və təhlükə yarada biləcək hallar barədə hesabat vermək
  • Otel təhlükəsizliyinə, yanğın qaydalarına və bütün sağlamlıq və təhlükəsizlik prosedurlarına əməl etmək

Biz nə axtarırıq?

Bu rolu uğurla yerinə yetirmək üçün siz aşağıdakı münasibəti, davranışları, bacarıqları və dəyərləri qorumalısınız:

  • Müsbət yanaşma
  • Yaxşı ünsiyyət bacarığı
  • Təzyiq altında işləmək bacarığı
  • Fərdi şəkildə və komandada işləmək bacarığı
  • Qonaq sorğularına cavab vermək və yüksək səviyyəli xidmət təqdim etmək
  • Müvafiq vəzifədə iş təcrübəsi

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap