Project manager
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Tikinti layihələrinin idarə olunmasını şirkətin daxili prosedur və qaydalarına, qüvvədə olan qanunvericilik aktlarına və digər normativ hüquqi sənədlərə uyğun şəkildə təşkil etmək;
- Layihənin razılaşdırılmış müddət, ayrılmış büdcə və tələb olunan keyfiyyət çərçivəsində icrasını təmin etmək;
- Layihə üzrə iş həcmini (ilkin tələblər, müqavilələr, spesifikasiyalar, layihələndirmə sənədləri və s.) planlaşdırmaq, təsdiqləmək və icrasına nəzarət etmək;
- Tikinti əməliyyatlarını planlaşdırmaq, layihə üzrə iş qrafikini tərtib etmək, proqresin izlənilməsi və nəzarət proseslərinə rəhbərlik etmək;
- Layihələrin icra vəziyyəti barədə mütəmadi hesabatlar hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihə üçün ehtimal olunan büdcələri və qiymət cədvəllərini tərtib etmək, tikinti xərclərini layihənin bütün həyat dövrü ərzində idarə etmək;
- Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, onların idarəolunması və monitorinqini təşkil etmək;
- Layihə çərçivəsində koordinasiya işlərini həyata keçirmək – sifarişçi, podratçılar, son istifadəçilər, layihə komandası və digər tərəflərlə mütəmadi ünsiyyət və əməkdaşlıq qurmaq;
- Layihə resurslarının idarə olunmasını təmin etmək – işçi qüvvəsi, materiallar, xidmətlər və avadanlıqların təchizatını təşkil etmək;
- Layihə üzrə maliyyə axınını planlaşdırmaq və icra müddətində təhlil proseslərinə nəzarət etmək;
- Layihənin bütün mərhələlərdə maraqlı tərəflərlə razılaşdırılmasını təmin etmək;
- Layihənin şirkətin SƏTƏM və keyfiyyətin idarəedilməsi siyasət və prosedurlarına uyğun həyata keçirilməsini təmin etmək;
- Satınalma strategiyasını formalaşdırmaq, satınalmaları planlaşdırmaq, həyata keçirmək və bu proseslərə nəzarət etmək;
- Sifarişçi və podratçılarla imzalanmış müqavilələrin inzibati idarəedilməsinə nəzarət etmək;
- Layihə çərçivəsində baş verən dəyişiklikləri kompleks şəkildə idarə etmək və nəzarət etmək;
- Layihə risklərini müəyyənləşdirmək, təhlil etmək, qarşısının alınması üçün tədbirlər planı hazırlamaq və icrasını izləmək;
- Tabeçiliyində olan komandanın səmərəli idarə olunması, fəaliyyətinin qiymətləndirilməsi və inkişafı üzrə tövsiyələr vermək;
- Mövcud resursların (işçi qüvvəsi, maliyyə, materiallar və s.) layihələr arasında səmərəli şəkildə bölgüsünü təşkil etmək;
- Layihələrin mənfəətliliyinin artırılması məqsədilə uyğun strategiya, metod və alətlərdən istifadə etmək;
- Layihə üzrə idarəetmə sənədlərinin hazırlanması və arxivləşdirilməsini təmin etmək – o cümlədən layihə nizamnaməsi, idarəetmə planları, dəyişiklik formaları və digər aidiyyəti sənədlər.
Tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Tikinti layihələrin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
CV-lərinizi “Project manager” başlığı altında qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.