Veysəloğlu Şirkətlər Qrupu

Şirkət haqqında:

Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir. İllərdir ki, ölkə iqtisadiyyatına dəyər qatan Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Əsas missiyası cəmiyyəti təmiz, sağlam və keyfiyyətli, eyni zamanda münasib qiymətə gündəlik istehlak malları ilə təmin etməkdir. Şirkətlər Qrupu üzrə illik yeni iş yerlərinin sayı 2000-dən artıqdır.

Veysəloğlu Şirkətlər Qrupunun sahib olduğu resurslardan ən qiymətli olanı peşəkar və işinə bağlı insan resurslarıdır. Öz rəqabət üstünlüyünü əməkdaşlarının peşəkarlığında, inkişafa və innovasiyalara açıq şirkət mədəniyyətində görür. Bu baxımdan hər bir vəzifəyə kadr seçimi, vəzifədə yüksəliş, Qrup şirkətləri arası transferlər ciddi prosedurlarla tənzimlənir. Fərdi və işgüzar keyfiyyətlərinə güvənən, bilik və təcrübəsini real biznes mühitində və rəqabət atmosferində artırmaq istəyən, dəyər yaratmağı özünə hədəf qoyan hər kəs Veysəloğlu Şirkətlər Qrupunda karyera qura bilər.

Peşəkar inkişafa dəstək, təlim və sertifikasiya dəstəyi, əməkdaşlarının övladlarına təhsil təqaüdü, tibbi sığorta və tibbi dəstək, elastik iş rejimi, nahar və nəqliyyat (servis) təminatı, korporativ güzəştlər Şirkətlər Qrupunun imtiyazları, yüksək komanda ruhu, öyrənməyə və öyrətməyə əlverişli mühit, beynəlxalq təcrübəyə malik peşəkarlarla çalışma imkanı, karyera yüksəlişi, şirkətlərarası transfer imkanı, iş və həyat balansı, distant işləmə imkanı, rəqabətli əməkhaqqı isə əsas üstünlükləri sırasındadır.

1994-cü ildə yaradılmış Veysəloğlu Şirkətlər Qrupuna "Veysəloğlu" MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti, “Xonça” Fabriki daxildir. “Entree Azərbaycan” MMC və “Sirab” mineral sular zavodu isə həmtəsisçisi olduğu şirkətlərdir.

Əlaqə vasitələri:

Təhqiqat üzrə analitik

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

  • Dələduzluq, korrupsiya, fırıldaqçılıq və digər neqativ hallarının, tendensiyaların müəyyən etmək üçün verilənlər bazasının təhlil edilməsi, analitik işlərin aparılması;
  • Şübhəli halların araşdırılması və müvafiq tədbirlərin tövsiyə edilməsi;
  • Şübhəli halların aşkarlanması üçün istifadə edilən mövcud məlumat təhlilinin avtomatlaşdırması
  • Təqdim edilmiş tələblərə və icra standartlarına uyğun məlumatların vizualizasiyasını və optimallaşdırılmasını təmin etmək
  • Bütün növ korrupsiya, dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodlar işləyib hazırlamaq
  • Vəzifə funksiyalarını vaxtında, qərəzsiz və dəqiq icra etmək, ölkə qanunvericiliyinə, eyni zamanda Cəmiyyətin normativ-hüquqi aktlarına, korporativ prosedur və qaydalarına əməl etmək
  • Strukturun iş fəaliyyəti ilə əlaqədar dövri olaraq hazırlanmış müvafiq icmal hesabatları və təklifləri hazırlamaq
  • Zərurət yarandıqda daxili təhqiqat prosesləri zamanı Cəmiyyətə daxil olan digər struktur bölmələri ilə koordinasiyalı iş təşkil etmək
  • Daxil olan korrupsiya və dələduzluq faktları ilə bağlı (və ya şübhəli hallar yarandıqda), rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq
  • Korrupsiya, dələduzluq və fırıldaqçılıq faktları ilə bağlı informasiyanı vaxtında və düzgün şəkildə məlumat bazasına işləmək
  • Fraud faktları ilə bağlı məlumatların statistikasını aparmaq, qiymətləndirmək, təhlil etmək, antifraud tədbirləri barədə hesabat hazırlamaq və saxtakarlıq səviyyəsinin azaldılması üçün yeni layihə və təklifləri üst rəhbərə təqdim etmək
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;

Tələblər:

  • İqtisadiyyat sahəsində və ya uyğun digər sahələr üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Microsoft Office, Excel, SQL, Python,Power BI, (Tableau arzuolunandır)
  • Mənimsəmə və saxtakarlığın idarəedilməsi üzrə biliklər;
  • Dəqiqlilik və detallara fikir vermə, yüksək analitik təhlil və problem həll etmə qabiliyyəti;
  • Güclü araşdırma bacarığı;
  • Yüksək şifahi və yazılı Azərbaycan dili biliyi (İngilis dili biliyi arzuolunandır).

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftə içi)
  • Nahar: Təmin edilir
  • Rəqabətli əmək haqqı və mükafat sistemi.
  • Peşəkar inkişaf imkanları və təlim proqramları.
  • Müasir iş mühiti və layihələrdə iştirak.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təhqiqat üzrə analitik” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap