Satış üzrə mütəxəssis (Fortex showroom)
Vəzifə üzrə əsas öhdəliklər:
- Məhsulların tanıtma işlərini təşkil etmək.
- Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
- Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
- Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək.
- Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
- Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
- Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
- Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
- Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
Vəzifə üzrə əsas tələblər:
- Ali və ya orta təhsil.
- Satış sahəsində iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük verilir)
- Satış prosesini və dinamikasını başa düşmək.
- Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
- Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
- Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir. Rus dilində danışıq üstünlükdür.
- Yaş həddi 23-38 yaş arası
- Cinsi: kişi
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü, 10:00-19:00
- İstirahət günü: Bazar.
- Nahar şirkət tərəfindən verilir.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı razılaşma ilə + bonus