Irshad Electronics

Şirkət haqqında:
Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir. Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında yaranıb. 2018-ci ildən 2021-ci ilə kimi "İrşad Electronics" adı ilə, 2021-ci il Mart ayının birindən etibarən "irşad" adı altında fəaliyyətini davam etdirir. 2021- ci ildə Bakı,Sumqayıt daxil olmaqla 37 şəhər və rayonda mağazalar şəbəkəsi, 700-dən çox dileri mövcuddur
Əlaqə vasitələri:
İşə Qəbul üzrə mütəxəssis
Vakansiyamız var!
"İşə qəbul üzrə mütəxəssis" vəzifəsinə vakansiya elan edilir.
Vəzifə və öhdəliklər:
- Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi;
- İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşə qəbul testlərinin həyata keçirilməsi;
- İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
- İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.
Tələblər:
- Cinsi: Kişi
- Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
- Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
- İş ezamiyyətlərinə gedə bilməli;
- 2 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
- İngilis və rus dili bilikləri üstünlük sayılır;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
- Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
- CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
- MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.