VMF

Şirkət haqqında:
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.
Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.
VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.
VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.
Əlaqə vasitələri:
Kassir-Barista
Vəzifə öhdəlikləri
- Kofe içkilərini hazırlamaq üçün istifadə olunan aparatları mükəmməl şəkildə istifadə etmək
- Müxtəlif növ kofe, süd və meyvələrdən ibarət içkilərin hazırlanması
- Məhsulların təqdimatı və satışı
Tələblər:
- Sahə üzrə iş təcrübəsi
- Latte-Art bacarığı
- Kassada işləmək bacarığı üstünlükdür
- Müştərilərlə işləmək bacarığı
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini danışıq səviyyədə bilmək üstünlükdür
İş barədə məlumat:
- Əmək haqqı: 600 AZN Net (əlavə olaraq bonus sistemi mövcuddur)
- Növbəli iş qrafiki (səhər/axşam)
- Geyim şirkət tərəfindən təmin olunur.
- Karyera inkişafı və təlimlər.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilmə.
İş yeri 1: Bakı şəhəri, 28 May küçəsi 46 c (23 nömrəli məktəbin yanı)
İş yeri 2: Gəncə şəhəri, Həsənbəy Zərdabi küçəsi, Gəncə Filarmoniyası ilə üzbəüz.
İş növü: Tam iş günü