Aqrar İnnovasiya və Təchizat Şirkəti
Şirkət haqqında:
Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.
Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.
Əlaqə vasitələri:
Satınalma üzrə mütəxəssis / baş mütəxəssis
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Dövlət satınalmaları haqqında qanun və müvafiq sənədlər əsasında satınalma sənədlərinin tərtib edilməsi;
- Müəssisənin fəaliyyətinin təşkili üçün nəzərdə tutulan satınalmaların təşkil edilməsi;
- Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması;
- Sifarişçi struktur bölmələrlə birlikdə satın alınan mal, iş və xidmətlərə dair texniki tələblərin müəyyənləşdirilməsi;
- İllik satınalma planının tərtib edilməsi;
- İcra edilmiş satınalmalara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;
- Satınalma planının layihəsinin hazırlanması və təsdiq olunmuş planın dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
- Satınalmalara dair sənədlərin tərtib olunması;
- Satınalma ilə bağlı yazışmaların aparılması;
- Qalib təchizatçı ilə bağlanılacaq müqavilələrin hazırlanması;
- Malların tədarükü cari və yarana biləcək ehtiyacların öyrənilməsi, tələbatların proqnozlaşdırılması;
- Satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
- Bazar araşdırmalarının aparılması.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə, biznesin idarəedilməsi və s.);
- Dövlət satınalmaları haqqında qanun və əlaqədar sənədlərlə işləmək bacarığı;
- Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzu olunandır;
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
- MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Bazarı təhlil etmək, komandada işləmək bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.