Korporativ əməkdaşlıq şöbəsi – Aparıcı məsləhətçi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- İqtisadiyyat, tibb və idarəetmə sahəsi üzrə ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: ingilis dili – yaxşı (arzuolunan)
- Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə
Bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
- Məsuliyyətlilik
- Dürüstlük və etibarlılıq
- İntizamlılıq
- Nəticəyönümlülük
- Aktiv dinləmə bacarığı
- Araşdırmaq və yenilikləri tətbiq etmək
- Yaradıcı düşüncəyə sahib olmaq
İşin təsviri:
- Şöbənin fəaliyyət istiqaməti üzrə layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparır və layihə konsepsiya sənədlərinin tərtibində iştirak edir;
- Rəsmi yazışmaların və danışıqların həyata keçirilməsində aparıcı fəaliyyəti təmin edir;
- Korporativ əlaqələr istiqamətində potensial tərəfdaşları müəyyən etmək;
- Korporativ əməkdaşlıq istiqamətində təkliflərin hazırlanması üzrə tapşırıqları icra edir;
- Qurulan əməkdaşlıqlar üzrə prosesləri koordinasiya etmək və yaranan problemləri aradan qaldırmaq;
- Dövlət - özəl tərəfdaşlığı istiqamətində təkliflər vermək, özəl tərəfdaşlarla əməkdaşlıqların qurulmasını təmin etmək;
- Korporativ Sosial Məsuliyyət çərçivəsində layihələr üçün təkliflər verir və layihələrin hazırlanmasında iştirak edir;
- Tibbi turizm üzrə yerli və beynəlxalq sərgilərin təşkil edilməsinə dəstək göstərmək;
- Tapşırıqların icra statuslarının təqib edilməsi və uğurlu nəticənin təmin edilməsi, lazım gəldikdə əlavə strukturların işə cəlb olunması ilə bağlı təkliflər verir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatların, məlumatların hazırlanması istiqamətində fəaliyyət göstərir və digər vəzifələri yerinə yetirir.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.