Əmanətlərin Sığortalanması Fondu

Şirkət haqqında:
Fondun funksiyaları:
- iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək;
- sığorta haqlarını yığır və onların uçotunu aparmaq;
- öz əmlakını idarə etmək və ona dair sərəncam vermək;
- sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək;
- Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq;
- "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək;
- öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək;
- öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək;
- iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək;
- əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.
Əlaqə vasitələri:
Vahid Çağrı Mərkəzi üzrə kiçik mütəxəssis
İşin təsviri:
- Problemli kredit portfellərinə nəzarət etmək;
- Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
- Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
- Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi;
Tələblər:
- İqtisadiyyat, Maliyyə üzrə bakalavr və magistr dərəcəsi;
- Komputer bacarıqları (Microsoft Office);
- Bank proqramları haqqında məlumatlılığının olması arzuolunandır;
- Azərbaycan dili əla, (rus dili arzu olunan);
- Aidiyyəti sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır;
- Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri;
- əmək haqqı: qarşılıqlı razılıq əsasında müəyyən olunacaq.