Norm OJSC

Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
Dülgər
İş yeri: Bakı şəh, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1
Tələblər:
- Orta təhsil;
- Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Ünsiyyət bacarığı;
- MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır.
Vəzifə və Öhdəliklər:
- Paletlərin qəbulu zamanı keyfiyyətinin yoxlanması;
- Paletlərin təmiri;
- Paletlərin seçilməsi;
- Paletlərin düzgün yığılması;
- Təkrar istifadə olunacaq paletlərin seçilməsi və yoxlanılması;
- Təmir olunan paletlərin qeydiyyatının aparılması;
- Palet anbarına nəzarət, paletlərin paletləmə bölümünə daşınması və nizamlı yığılması;
- Palet və digər materialların avadanlıqlara nizamlı yerləşdirilməsi;
- Dülgərlik üzrə avadanlıqlardan istifadə;
- Paletlemə və ətrafın ümumi təmizliyini təmin edilməsi;
- Yükləmə və boşaltma işini paketləri zədələmədən uyğun şəkildə yerinə yetirilməsi;
- Paketləmə Bölümü ilə əlaqədar digər işlərin yerinə yetirilməsi;
- Ehtiyac olduqda zavodun digər bölümlərində də yükləmə, daşıma və boşaltma işlərinin yerinə yetirilməsi;
- Yükləmə zamanı meydana gələbiləcək yırtılmış paketlərin ayrılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.