Respublika Diaqnostika Mərkəzi

Şirkət haqqında:
RDM – MÜASİR ÇOXPROFİLLİ TİBB MƏRKƏZİ
Missiya: RDM – Sağlam cəmiyyətin təminatçısıdır.
Vizyon: RDM – Uşaqlar və yetkin yaşlı insanlar üçün tibbi mərkəz olub, beynəlxalq standartların, yerli mütəxəssislərin peşəkarlığının və yeni dünyəvi texnologiyaların vəhdətini təşkil edir.
Bizim Mərkəz kliniki tədris və təcrübənin tətbiqi sayəsində ən yaxşı müalicəni təklif edir.
Dəyərlər:
- Pasiyentin təhlükəsizliyi
- Peşəkarlıq
- Qabaqcıl xidmət
- Sosial məsuliyyət
Əlaqə vasitələri:
PR üzrə mütəxəssis
Tələblər:
- Ali təhsil (Jurnalistika, marketinq və s üzrə üstünlükdür).
- İctimaiyyətlə əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; Rus dili biliyi
- İngilis dilini bilmək əlavə üstünlükdür.
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək.
- Analitik təhlil və proqnozlaşdırma bacarığı.
- Kommunikasiya və təqdimat bacarığı.
- Operativlik, dəqiqlik və yüksək icraçılıq qabiliyyəti.
- Tibb sahəsində iş təcrübəsi üstünlükdür.
Əsas vəzifələr
- Çıxışlar, məqalələr, press-relizlər və digər PR məzmunlarının hazırlanmasında iştirak.
- Hospitalın ictimaiyyətlə əlaqələr fəaliyyətlərinə dəstək vermək.
- Sosial media üçün yaradıcı və cəlbedici kontentlər hazırlamaq.
- Reklam mətnləri, sloqanlar və digər marketinq materiallarının yazılması və redaktəsi.
- Briflərə əsaslanaraq yazılı kontent hazırlayıb təqdim etmək.
- Post mətnlərini yazmaq və dizayn, videoqraf komandaları ilə koordinasiya etmək.
- Kreativ rubrikalar və kampaniya ideyalarının hazırlanması.
- Media, dövlət qurumları və tərəfdaşlarla əlaqə qurmaq.
- Mətbuatı gündəlik izləmək.
- Rəhbərliyin tapşırıqları üzrə digər istiqamətlərdə fəaliyyətlər həyata keçirmək.
İş şəraiti: daxili
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək, namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
- İş rejimi həftənin 6 günü (09:00 – 17:00), Şənbə günü qısa iş günü (09:00-13:00)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə