SER Company

Şirkət haqqında:
“Ser Company” şirkəti 2023-cü ildə təsis edilib. Hazırda şirkətimiz 8 – dən çox yerli və xarici şirkətlərdən idxal etdiyi yüksək keyfiyyətli içkilər, qida və qeyri-qida məhsullarını Bakı şəhəri mərkəz olmaqla 6 region üzrə ticarət nöqtələrinə distribyusiya edir. Şirkətin regionlarda nümayəndəlikləri mövcuddur.
Əlaqə vasitələri:
Satış direktoru
“Ser Company” şirkətinə qoşulmaqla Siz əldə edəcəksiniz:
- Adekvat əmək haqqı və satışa görə bonuslar
- Telefon danışıqları və yanacaq haqqının ödənilməsi
- Amortizasiya xərclərinin ödənilməsi
- AR qanunvericiliyinə uyğun sənədləşmə
Vəzifə öhdəlikləri:
- Şirkətin satış strategiyasını hazırlamaq və həyata keçirmək;
- Satış komandasını idarə və motivasiya etmək;
- Satış planlarını, hədəflərini müəyyənləşdirmək və yerinə yetirilməsini təmin etmək;
- Satış nəticələrini izləmək, analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək;
- Rəqibləri, trendləri və bazarda baş verən yenilikləri təqib etmək, analiz etmək və rəhbərliyə bununla bağlı hesabat təqdim etmək;
- Satış nöqtələrində sifarişlərin alınmasına nəzarət və rəhbərlik etmək;
- Təyin olunan proqram üzrə satış nöqtələrininin gündəlik ziyarət edilməsinə nəzarət etmək;
- Tabeliyində olan bölgə müdirlərinin fəaliyyətinə rəhbərlik etmək;
- Müştəri etirazlarının və aşkar edilmiş çatışmamazlıqların mənbəyinin müəyyən edilməsi, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və rəhbərliyə hesabat verilməsi.
- Dövri, aylıq və illik hesabatların hazırlanmasının təmini
Bizim üçün ideal namizəd:
- Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üstünlükdür)
- Müvafiq sahə və idarəetmə üzrə 5 ildən yuxarı iş təcrübəsi
- MS Office proqramları ilə yaxşı işləmək bacarığı;
- Yaş həddi: 30-45
- İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
- Azərbaycan dilində səlis danışıq bacarığı (əlavə dil biliyi üstünlükdür)
- Şəxsi minik avtomobilinin olması
İş şəraiti
- İş qrafiki: həftəiçi 5 gün
- İş saatı: 09.00 - 18.00
- İstirahət günləri: şənbə və bazar
- Əmək haqqı: razılaşma əsasında
Ünvan: Azərbaycan, Bakı şəhəri, Nizami Rayonu, Mehdi Abbasov küçəsi 43. (Q.Qarayev metro/st.yaxınlığı, “İmperator” şadlıq sarayının 1-ci mərtəbəsi)