Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Böyük mütəxəssis (Biznes analitik)
Struktur bölmənin adı: Rəqəmsal Mühəndislik departamenti / Biznes analiz və test şöbəsi - Biznes analiz bölməs
Vəzifənin funksiyaları:
- Şöbəyə daxil olan sorğuların təhlil edilməsi üçün Mərkəzi Bankın digər struktur bölmələri ilə əməkdaşlıqda iştirak edir;
- Struktur bölmələr tərəfindən proqram təminatlarının dəyişikliyi ilə bağlı şöbəyə daxil olan sorğuları təhlil edir;
- Proqram təminatlarında dəyişikliklərin edilməsi üçün texniki spesifikasiya sənədlələrini və istifadəçi təlimatlarını hazırlayır;
- İnformasiya texnologiyaları sahəsinə dair yeni layihələrin, o cümlədən sistemlərin biznes fəaliyyətinə dair tələblərini toplayaraq spesifikasiyaların hazırlanmasını təmin edir;
- Şöbəyə daxil olan biznes tələbini informasiya sistemlərində uyğun şəkildə tətbiqini təmin edir;
- İnformasiya texnologiyaları layihələrinin icrası zamanı texniki və biznes tələblərinin uyğunluğunu nəzarətdə saxlayır;
- Texniki spesifikasiya sənədlərinin hazırlanması zamanı Departamentlə digər struktur bölmələr arasında koordinasiyasında iştirak edir;
- Tələblər üzrə təhlil metodlarını və proseslərini davamlı olaraq təkmilləşdirir;
- İnformasiya texnologiyaları ilə bağlı layihələrin vaxtında və büdcə daxilində yerinə yetirilməsini dəstəkləyir;
- Yeni sistemlər və onların təkmilləşdirilməsi barədə istifadəçilərə təqdimatlar və təlimlər keçirir;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Texniki kompetensiyalar:
- Layihələrin və risklərin idarəetmə bacarığı
- İnsidentlərin texniki izahi
- Təqdimat və yazı bacarığı
Təcrübə:
- Biznes Analitika və ya bənzər sahədə minimum 3-5 il iş təcrübəsi tələb edilir
Təhsil:
- İnformasiya Texnologiyaları, Riyaziyyat, İqtisadiyyat, İdarəetmə yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı:
- Azərbaycan dili (yüksək), İngilis dili (orta)
Kompüter bacarıqları:
Tələb olunan bacarıqlar:
- Sistemlər arasında inteqrasiyalar və API-lar üzrə təcrübə;
- Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə arzuolunandır;
- JIRA, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə;
- Dövlət sektorunda layihələrdə işləmə təcrübəsi;
- Sahə üzrə sertifikatlar (IIBA, PMI və digər oxşar) arzuolunandır;
- Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
- Data təhlili alətləri (Python, R, SQL, BI platformaları, vizuallaşdırma vasitələri) sahəsində biliklər
- MS Office yüksək səviyyədə.