A - Group Insurance Company

Şirkət haqqında:
A-QROUP SIĞORTA ŞİRKƏTİ 1995-ci ildə yaradılmışdır. A-Qroup özəl və 100% milli şirkətdir.
A-Qroup Sığorta Şirkəti Tibbi sığorta, Bədbəxt hadisələrdən fərdi sığorta, Əmlak sığortası, Nəqliyyat vasitələrinin sığortası, Xarici səfərlər zamanı sığorta, Peşə məsuliyyəti sığortası və s. ilə sığorta növləri ilə məşğul olur. Fəaliyyətinin başlıca istiqamətini isə Tibbi sığorta təşkil edir. Uzun illərdir ki A-Qroup Sığorta Şirkəti Azərbaycan sığorta bazarında Könüllü Tibbi Sığorta üzrə liderliyi əldə saxlayır. A-Qroup Sığorta Şirkətinin mükafatları: CIBC Award 2005 – dinamik maliyyə inkişafı, UGUR Award 2005 – İlin Sığorta Şirkəti. A-Qroup ISO: 9001/2008 standartlarına uyğun keyfiyyətə nəzarət sistemi üzrə fəaliyyit göstərir.
Sığorta proqramlarının inkişafında müştərilərimizin arzu və tövsiyələri, aparılan araşdırmaların və mütəxəssislərimizin uzun müddətli iş təcrübəsinin nəticələri nəzərə alınmışdır. Müştərilər üçün yüksək səviyyəli tibbi yardım təşkil etmək üçün şirkətimiz Bakı şəhərində və Azərbaycan Respublikasında fəaliyyət göstərən ən qabaqcıl klinikaların daxil olduğu xüsusi tibbi yardım sistemi işləyib hazırlamışdır.
Əlaqə vasitələri:
Sistem Administratoru
İş barədə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
- Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
- Tibbi sığorta təmin olunur
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün server və şəbəkə avadanlığına nəzarəti və inzibatçılığı;
- Şirkətin informasiya resurslarına daxil olmaq üçün istifadəçi hesabatlarının yaradılması, nəzarəti və bağlanması;
- Kompüter avadanlığı və informasiya sistemləri üzrə yaranan çətinliklərin həll edilməsində köməklik göstəririlməsi (L3 - Technical Support);
- Şirkətin əsas proqramları ilə bağlı zəruri işlərin görülməsi;
- Şirkətdə mövcud sistemlər üzrə avadanlıqların daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsinin təmin edilməsi;
- Sistem proqramlarının funksiyalarına nəzarət edilməsi, şifrə siyasətinin yaradılması;
- Şirkətin bütün əməkdaşlarının internetdən, E-mail və digər informasiya resurslardan istifadəsinin təmin edilməsi;
- Antivirus və digər qoruyucu proqramların vaxtaşırı monitor;
- Sistem proqramları və texniki vasitələr üzrə təlimlərin keçirilməsi;
- Şirkətdə kompüter avadanlıqlarına və proqramlara texniki baxış keçirilməsi, qüsurların aradan qaldırılması;
- Çağrı mərkəzi və Tele-satış sistemlərinin fasiləsiz fəaliyyətini təmin edilməsi;
- Serverdə, şəbəkə avadanlıqlarda və digər kompüterlərdəki zəruri informasiyanın (və konfiqurasiya fayllarının) arxivləşdirilməsini və zərurət olduqda bərpasının təmin edilməsi;
- Şirkətdə İnformasiya Texnologiyalarının fasiləsiz işinin təşkili və şöbənin rəhbəri ilə birlikdə beynalxalq İT standartlara uyğun prosedurların hazırlanması;
- Şirkətin korporativ və lokal komputer şəbəkələrinin təhlükəsiz fəaliyyətinə nəzarət edilməsi;
- Şirkətin daxilində tələb olunan şəbəkə kabelləşməsi ilə əlaqədar lazımı dəstəyin göstərilməsi;
- Şəbəkə avadanlıqların yenilənməsi konsepsiyasının planlaşdırılması.
Tələblər:
- Ali təhsil (İT, Kompüter mühəndisliyi və ya əlaqəli sahələr).
- Windows Server və Linux əməliyyat sistemlərinin inzibatçılığı.
- Şəbəkə avadanlıqları (switch, router, firewall) və lokal şəbəkələrin qurulması/idarəsi.
- Microsoft Active Directory, Group Policy və istifadəçi hesablarının idarə olunması.
- Antivirus və təhlükəsizlik sistemlərinin tətbiqi və monitorinqi.
- Backup və bərpa (restore) prosesləri üzrə bilik.
- VPN, Office 365, Exchange və korporativ proqram təminatı ilə iş təcrübəsi.
- Şəbəkə təhlükəsizliyi prinsipləri və beynəlxalq İT standartları üzrə biliklər