Bestcomp Group

Şirkət haqqında:

1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin ən yüksək “Master Security” ixtisaslı “Premier Tərəfdaşı”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.

Əlaqə vasitələri:

Backend Developer Senior

Vəzifə öhdəlikləri

  • Proqram təminatının inkişafı üçün proqramçılar, analitiklər və layihə rəhbərləri ilə əməkdaşlıq etmək
  • Hazırlanan proqram təminatının tələblərə uyğunluğunu yoxlamaq və təmin etmək
  • Mövcud problemləri və xətaları analiz edərək aradan qaldırmaq, proqram təminatını təkmilləşdirmək
  • Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə konfiqurasiya və nəzarət mexanizmləri hazırlamaq
  • Kod keyfiyyətini qorumaq və “code review” proseslərində aktiv iştirak etmək
  • Yeni texnologiyaları araşdırmaq və onların tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərmək
  • Texniki sənədlərin hazırlanmasında iştirak etmək  

Davranış bacarıqları

  • Təhlil etmək və problem həll etmək bacarığı.
  • Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
  • Komandada işləmək bacarığı

Xüsusi tələblər

  • Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • C# (.NET Core / .NET Framework) ilə backend proqramlaşdırmada minimum 5 illik təcrübə
  • PostgreSQL, SQL Server, MongoDB və Redis verilənlər bazaları ilə işləmə bacarığı
  • OOP, Design patterns, Design principles yanaşmaları üzrə biliklər
  • REST API-lərin hazırlanması və digər sistemlərlə inteqrasiyada təcrübə
  • TDD və BDD yanaşmaları üzrə praktiki təcrübə (NUnit, xUnit və s.)
  • CI/CD, Docker və Kubernetes ilə işləmə bacarığı
  • RabbitMQ, Kafka və ya digər message queue sistemləri ilə asinxron işləmə bacarığı
  • Təhlükəsiz identifikasiya və avtorizasiya üzrə biliklər (JWT, OAuth2, OpenID Connect)

Üstünlük hesab olunur

  • gRPC, SignalR ilə real-time sistemlərin qurulması təcrübəsi
  • Clean Architecture və Hexagonal Architecture ilə işləmə təcrübəsi
  • Monitoring və sistem performansının izlənməsi üçün ən azı bir müvafiq alətlə (Application Insights, Prometheus, Grafana və s.) iş təcrübəsi

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap