ModulX

Şirkət haqqında:
ModulX şirkəti yaşayış, kommersiya və istirahət ehtiyacları üçün fərdiləşdirilmiş modul tipli binalar tikən ilk Azərbaycan şirkətidir. Bir tikinti şirkəti olaraq biz davamlı həllər təmin etməklə yanaşı, davamlı və daşına bilən yaşayış yerləri təklif edirik.
Tikinti zamanı yüksək keyfiyyətli sinklənmiş polad konstruksiyından və sinklənmiş trapezoidal təbəqədən istifadə edirik.
İstehsalımızda boltlar və bərkidici elementlər birləşmə fazalarında istifadə olunur, bu da qaynaq tətbiqlərinə ehtiyacı azaldır.
ModulX tərəfindən həyata keçirilən qaynaqsız tikinti texnologiyası konteynerlərin davamlılığını təmin edir, və xoş dizayna malikdir. Buna əlavə olaraq daha az tikinti tullantıları ilə açar təslim layihələrin səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Beləliklə, ModulX daha az vaxta, daha az xərcə, daha az zərərli komponentlərə və daha az ətraf mühitə təsirə malik modul məhsul.
Əlaqə vasitələri:
Sahə rəisi
İş barədə məlumat:
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması.
- Layihə üzrə iş qrafiklərinin tərtib edilməsi və işlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi.
- Tikinti prosesinə nəzarət edərək, keyfiyyət standartlarının qorunmasını təmin etmək.
- İşçi qruplarının koordinasiyası və işlərin səmərəli bölüşdürülməsi.
- Material və avadanlıq ehtiyatlarının izlənməsi və tələb olunan resursların vaxtında təmin edilməsi.
- Tikinti sahəsində təhlükəsizlik standartlarına uyğunluğun təmin olunması.
- Layihənin büdcə çərçivəsində idarə edilməsi və maliyyə hesabatlarının hazırlanması.
- İstifadə olunan metod və texnikaların inkişaf etdirilməsi və tətbiq edilməsi.
- Müxtəlif tərəfdaşlarla və subpodratçılarla əlaqələrin qurulması və idarə olunması.
- Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- İnşaat mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil.
- Sahə rəisi və ya oxşar rəhbər vəzifədə minimum 10 il iş təcrübəsi.
- Tikinti prosesləri, materialları və texnologiyaları haqqında geniş bilik.
- Layihə idarəetmə bacarıqları və iş qrafiklərinin effektiv şəkildə idarə edilməsi təcrübəsi.
- Güclü liderlik və komanda idarəetmə bacarıqları.
- Problemlərin həlli və qərar qəbul etmə qabiliyyəti.
- Tikinti sahəsindəki təhlükəsizlik qaydalarını və normativ hüquqi aktları bilmək.
- MS Office və layihə idarəetmə proqramları (məsələn, AutoCAD, Primavera və s.) ilə iş təcrübəsi.
- Yaxşı ünsiyyət və yazılı təqdimat bacarıqları.
İş şərtləri:
- İş günləri: 6 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 -14:00
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq