Biopet.shop

Şirkət haqqında:
Biopet.shop Azərbaycanda ev heyvanları üçün ən böyük internet-portaldır.
Layihəmiz Azərbaycanda ev heyvanlarını sevənlər üçün yalnız onlayn alış-veriş etmək və maraqlandığınız mövzular haqqında vacib məlumatlar əldə etmək üçün deyil, habelə xoş vaxt keçirmə, gələcəkdə isə ünsiyyət qurma və interaktivlik üçün etibarlı bir mənbə yaratmaq istəyinə əsaslanır.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin həyata keçirilməsi (elanların yerləşdirilməsi, namizədlərlə əlaqə, ilkin müsahibələr və s.)
- Kadr sənədlərinin hazırlanması və sistemləşdirilməsi
- İşçilərin davamiyyətinə və intizamına nəzarət
- Yeni əməkdaşların adaptasiya prosesinin təşkili
- Daxili nizam-intizam qaydalarının tətbiqi və izlənməsi
- İşçi heyəti üçün təlim proqramlarının hazırlanması və təşkili
- Daxili treninqlərin keçirilməsi və inkişaf yönümlü tədbirlərin planlaşdırılması
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası
Tələblər:
- Ali təhsil
- İnsan resursları sahəsində minimum 1 - 3 il iş təcrübəsi
- Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi (ƏMAS) ilə işləmə bacarığı
- MS Office proqramlarını sərbəst istifadə bacarığı
- Yaxşı ünsiyyət və komandada işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və punktual olmaq
- Rus dilini sərbəst səviyyədə bilmə (şifahi və yazılı)
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə