Climaservice Baku MMC

Şirkət haqqında:
Biz, CLİMASERVİCE şirkəti gənc, ambisiyalı, dinamik inkişaf edən və qarşımızda yüksək hədəflər qoymuş bir şirkətik.
Şirkətimiz 2008-ci ildə məişət avadanlıqlarının təmiri və servisi üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamış və qısa zaman ərzində xidmət spektrini xeyli genişləndirərək yarımsənaye və sənaye tipli avadanlıqlarının təmiri və servis işləri üzrə xidmətlər göstərməyə başlamışdır.
2013-cü ildən etibarən isə layihələndirmə və satışa istiqamətlənmiş fəaliyyətimiz potensial müştərilərə tam spektr xidmət göstərməyə imkan vermişdir.
Şirkətimizin mühəndis heyəti istənilən istiqamət üzrə qısa zamanda və tam balanslaşdırılmış layihələri ilə sifarişçinin ən yüksək tələblərini belə təmin etmək imkanlarına malikdirlər. Bu zaman birinci əldən olan layihələrimizin büdcəyə uyğunluğu və tamlığı Sizləri xoş mənada təəccübləndirəcəkdir.
Əlaqə vasitələri:
Elektrik mexanik
Yer: Bakı, Azərbaycan
İş növü: Tam iş günü / Daimi iş
Vəzifə öhdəlikləri:
- Elektrik hissələrinin quraşdırılması və texniki xidmətinin həyata keçirilməsi
- Avadanlıqların diaqnostikası və nasazlıqların aradan qaldırılması
- Sistemlərin təhlükəsiz və effektiv işləməsini təmin etmək
- Texniki sənədlərin hazırlanması və hesabatların verilməsi
- İş prosesində təhlükəsizlik qaydalarına riayət olunması
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (elektrik, mühəndislik və ya əlaqədar sahə üzrə)
- Təcrübəsinin olması arzuolunandır.
- Elektrik avadanlıqları ilə işləmək bacarığı
- Texniki sənədlərlə işləmək və hesabat hazırlamaq qabiliyyəti
- Komanda ilə işləmək bacarığı və məsuliyyətlilik
- Azərbaycan dili mükəmməl, rus , ingilis dilləri arzuolunandır.
- Ofis proqramlarında işləmək bacarığı
İş şəraiti:
- Rəqabətli əmək haqqı (müsahibə zamanı razılaşdırılacaq)
- Tam iş günü, 6 günlük iş həftəsi, şənbə günü yarım natamam iş günü
- Peşəkar inkişaf üçün təlimlər və dəstək
- Gələcəkdə şirkət daxilində yüksəliş imkanları