Fostanpak MMC

Şirkət haqqında:
Şirkətimiz 1998-ci ildə təsis edilmişdir. Fəaliyyətimiz "MONOPAK" brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların , fast food, tibbi və təmizlik məhsullarının , streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı və satışını əhatə edir.Həmçinin bu sahədə bir çox xarici şirkətlərin , Almaniya, Türkiyə, Danimarka, Polşa , Ukrayna, Rusiya, Malayzia , Çin və digər ölkələrin istehsalçılarının Azərbaycanda distribyutorluğunu həyata keçirir.
Əlaqə vasitələri:
Mağaza Müdiri
Vəzifə öhdəlikləri:
- Mağazanın ümumi fəaliyyətinə nəzarət və gündəlik idarəetmənin təşkili
- Satış komandası üzvlərinin motivasiyası və inkişafı
- Günlük, həftəlik və aylıq satış hədəflərinin təyin edilməsi və yerinə yetirilməsinə nəzarət
- Mağaza daxilində məhsul düzülüşünün və vizual standartların qorunması
- Müştəri xidmətinin keyfiyyətinə nəzarət və çətin situasiyaların peşəkar həlli
- Stok idarəçiliyi, inventar və sifariş proseslərinin nəzarətdə saxlanılması
- Satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizəddən tələblər:
- Pərakəndə satış və ya mağaza idarəçiliyi sahəsində minimum 2 il iş təcrübəsi
- Komanda idarəetməsi, motivasiya və liderlik bacarıqları
- Satış texnikaları və müştəri yönümlü yanaşma üzrə biliklər
- Problem həll etmə, qərarvermə və vaxt idarəetməsi bacarıqları
- Azərbaycan dilində səlis danışıq (Rus dili arzuolunandır)
- Microsoft Office və ya sadə ERP proqramları ilə işləmə bacarığı üstünlükdür
İş şəraiti
- Maaş müsahibə əsasında təyin olunacaq
- İş qrafiki: 09:00-18:00
- İş yeri: Bakı şəhər, Nəsimi rayonu, Ş.Əzizbəyov k