Royal Foods MMC
Şirkət haqqında:
Əlaqə vasitələri:
Fəhlə
İş barədə məlumat:
- Əlaqədar şəxs: HR Könül xanım
- Şəhər: Bakı
- İş yeri anbar: Sədərək T/M Dünya Logistika Mərkəzi -Meyvəli bazarının qarşısı)
İş şəraiti
- Əmək haqqı 670 azn ( Net )
- İş rejimi: 6 günlük (şənbə günü qısa iş günü)
- İstirahət : 1 gün (bazar)
- İşə qəbul əmək məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Tələblər:
- Təhsil: Orta
- İş təcrübəsi (arzu olunandır), təcrübəsi olmayanlara iş öyrədilir.
- Yaş həddi: 18-37
- Bəy namizədlərə üstünlük veriləcəkdir
Vəzifə təlimatları:
- Şirkətin aldığı məhsulları Azərbaycan dilində stikerlərlə markalanmalı
- Hər hansı bir məhsulumuza ehtiyac yarandığı halda şirkətə məxsus holoqramın vurulması
- Məhsulun anbardan markalama yerinə daşınması, həmçinin məhsul markalandıqdan sonra anbara öz yerinə qaytarılmalı
- Ehtiyac yaranarsa anbardakı məhsulların daşınma və yerləşdirilməsinə köməklik göstərməli
- Məhsulun üzərinə vurulan markanın doğruluğuna məsuliyyət daşımalı, yalnışlığa yol verməməli
- Hər hansı bir məhsulda istehsal qüsuru vəya sonradan zədələnmə , o cümlədən məhsulun istifadəyə yararsız olduğunu aşkar edərsə anbar müdirinə bu haqda məlumat verməli
- Məhsulların qutusunu açıb markalamadan öncə sayıb doğruluğuna əmin olmalı
- Anbarda AQTA-nın təlimatlarına uyğun hərəkət etməli
- Ehtiyac yarandığı halda TƏBİB və AQTA-nın qida təhlükəsizliyi tələblərinə uyğun sağlamlıq haqqında arayışı təmin edib , rəhbərliyinə təqdim etməli
- Anbarın ümumi təmizliyinə və gigiyena qaydalarına riayət etməli
- Anbarda işçi uniformasını geyinməli və uniformanın anbarın daxili tələblərinə cavab verməsinə əmin olmalı
- Anbara daxil olan və çıxan məhsulların sayımını aparmaq və bunun dəqiqliyinə məsul olmaq
- Ehtiyac yaranarsa anbarda məhsul sayımında iştirak etmək
- Aktları imza ilə təsdiq etmək
- Ehtiyac yaranarsa anbardakı məhsulların daşınma və yerləşdirilməsinə köməklik göstərmək
- Anbarda məhsulların üzərində Azərbaycan dilində təlimat olmayan məhsul varsa satışa buraxmamaq və bu barədə anbar müdirinə vəya rəhbərliyə məlumat vermək
- Hər hansı bir məhsulda istehsal qüsuru vəya sonradan zədələnmə varsa , o cümlədən məhsulun istifadəyə yararsız olduğunu aşkar edərsə anbar müdirinə bu haqda məlumat verməli
- Vaxtı ötmüş məhsulların tullantıya qədər “Satışa qadağandır “ guşəsində saxlanmasını təmin etmək