AZFEN MMC

Ofis rəhbəri (metal konstruksiya cizgiləri üzrə)
İş şəraiti:
- İş yeri: Bayıl
- İmkanlar: Nahar və servis təmin olunur
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İş qrafiki:
- Həftə içi: 07:15 – 17:00
- Şənbə: 07:15 – 15:30
Ümumi Tələblər:
- Metal konstruksiya və/ya Neft-Qaz sənayesində minimum 7 il iş təcrübəsi
- İstehsalat müəssisəsində qaynaq və tikinti texnologiyaları üzrə yaxşı anlayış
- API, BS, GOST və EEMUA kimi beynəlxalq kod və standartlar üzrə bilik
- AutoCAD proqramında inkişaf etmiş 2D çertyoj hazırlama bacarığı
- TEKLA, həmçinin Microsoft Excel və Word proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Yaxşı təşkilati və insanlarla ünsiyyət bacarığı, təzyiq altında işləmə qabiliyyəti
- Şifahi və yazılı formada mükəmməl ünsiyyət bacarığı
- Müstəqil qərarvermə, təşəbbüskar davranma və aktiv işləmə bacarığı
- Peşəkar hesabat yazma bacarığı, müştəri görüşlərində iştirak və təqdimat etmə təcrübəsi
- Mülki, Struktur və ya Mexaniki mühəndislik üzrə ali təhsil
- İngilis dilində yüksək səviyyədə ünsiyyət bacarığı
İşin Təsviri:
- Komandaya rəhbərlik etmək
- Hazırlanmış emalatxana çertyojlarını texniki baxımdan yoxlamaq və müştəri standart/specifikasiyalarına uyğunluğunu təmin etmək
- Hazırlanan sənədlərin müvafiq prosedurlar və təhlükəsizlik qaydalarına uyğun olmasına nəzarət etmək
- Həftəlik fəaliyyət və irəliləyiş hesabatlarını hazırlamaq
- Struktur tikinti komandası ilə əlaqə və koordinasiya qurmaq
- Layihələr çərçivəsində, o cümlədən uzaqdan işləyən komandalarla, mühəndis və texniklərdən ibarət komandanın effektiv və iqtisadi fəaliyyətinə cavabdeh olmaq
- Müştərinin tələblərini və gözləntilərini müəyyənləşdirmək və effektiv şəkildə yerinə yetirmək
- Eyni anda bir neçə layihənin idarə olunmasını təmin etmək üçün vaxt və vəzifələri planlı şəkildə təşkil etmək
- Komanda üzvlərini motivasiya etmək, təlim, mentorluq və yönləndirmə yolu ilə inkişaf etdirmək
- Layihələrin vaxtında və büdcəyə uyğun şəkildə tamamlanması üçün resursları effektiv şəkildə idarə etmək
- Yeni biznes imkanlarının müəyyən olunmasına dəstək vermək
- Şirkətin sağlamlıq və təhlükəsizlik siyasəti ilə tanış olmaq və ona riayət etmək
Əlaqə:
- Ad, soyad: Tural Həsənov Tural.Hasanov@azfen.com
- Ad, soyad: Ülkər Mahmudova Ulker.Mahmudova@azfen.com