Azericard

Şirkət haqqında:
"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
Əlaqə vasitələri:
İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin dəstəyi üzrə mütəxəssis (“İnformation security GRC Specialist”)
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;
- Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması;
- İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi;
- Sənədləşmə işlərin aparılması, siyasət, prosedur, korporativ standartların layihələndirməsi və yazılması üzrə iş təçrübəsi;
- Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər və bu biliklərinin artırması üzrə bacarıqlar;
- Təhlil bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
- ISO/IEC 27000, ISO/IEC 20000, PCI standartlar ailələri üzrə biliklər;
- Yuxarıda qeyd olunmuş standartların implementatsiyası üzrə iş təcrübəsi və ya auditində iştirak arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Şirkətdə mövcud İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (“ISMS”) beynəlxalq standartlarına(PCI DSS, 3DS, PIN Security, ISO 27000) uyğun olaraq qurulmasında, təkmilləşdirməsində dəstək;
- Korporativ “ISMS” sisteminin standartlara uyğunluluq səviyyəsinin monitorinqi, o cümlədən “ISMS”-in tərkibi və dəstəkləyici sənədlərin yaradılması, aktuallığının təmin edilməsi;
- “ISMS” sisteminin digər struktur bölmələrinin idarəetmə sistemləri ilə, o cümlədən “ITSM – IT Service Management” sistemi ilə inteqrasiya və qarmonizasiyanın təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
- Daxili və xarici, o cümlədən komplayns, sertifikasiya, re-sertifikasiya və nəzarət auditlərində iştirak;
- Təhlükəsizlik Departamentinin proseslərinin sənədləşdirməsinin təmin edilməsi;
- Şirkətdə informasiya təhlükəsizliyi üzrə maarifləndərimə proqramının dəstəyi, təkmilləşdirməsi;
- Maarifləndirmə üzrə tətbirlərinin planalşdırma və həyata keçirilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə biliklər bazasının aparılması üzrə dəstək.