Alufar MMC
Şirkət haqqında:
“Alufar” şirkəti 2018-ci ildə Azərbaycanda yaradılmışdır. Biz alüminium sənaye və mebel profillərinin, mebel aksessuarlarının, alüminium fasad sistemlərinin satışında ixtisaslaşırıq. Şirkətimiz tikinti prosesini asanlaşdırmaq, onu sürətli və rahat etmək üçün işləyən peşəkarlardan ibarət olan kollektivdir. Biz, servis səviyyəsini daima yaxşılaşdırmaqla, şirkət işçilərinin ixtisasını yüksəltməklə və satış üçün təklif edilən tikinti və təmir materiallarının çeşidini genişləndirməklə, öz işimizə məsuliyyətlə yanaşırıq. Biz öz etibarımıza və müştərilərimizə dəyər veririk, buna görə də yalnız keyfiyyətli materiallar təklif edirik.
Əlaqə vasitələri:
Təchizat üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- Daxili bazarda təchizat sifarişlərinin idarə edilməsi: sifarişlərin yerləşdirilməsi, izlənməsi, bağlanması və hesabatların hazırlanması;
- Satınalma proseslərinin əlverişli şərtlərlə həyata keçirilməsi;
- Tikinti sektorunda tələb olunan malların, materialların araşdırılması və təhlil edilməsi;
- Təchizat sifarişlərinin təşkili və idarə edilməsi;
- Satınalma prosesində ilkin qiymətləndirmə, danışıqlar aparılması və müqavilə şərtlərinin razılaşdırılması;
- Xarici və yerli bazarda tələb olunan malların araşdırılması və təhlil edilməsi;
- Müxtəlif tikinti materiallarına olan ehtiyacların müəyyən edilməsi və tədarükçülərlə əlaqələrin qurulması;
- Satınalma müqavilələrinin hazırlanması və şərtlərinin razılaşdırılması;
- Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi;
- Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi;
- Satınalma prosesində yaranan risklərin öncədən qiymətləndirilməsi;
- Şirkətin biznes maraqlarını qoruyaraq şəffaflıq və obyektivliyi təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Tikinti sektorunda və daxili bazarda ən azı 2 ildən çox iş təcrübəsi;
- Tikinti materiallarını yaxşı tanımaq və daxili bazarı bilmək;
- 1C və MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- İntizamlı, punktual və komandada işləmə bacarığı;
- Yeniliklərə və öyrənməyə açıq olmaq.
Əlavə məlumatlar:
- İş rejimi: Həftənin 5 günü, saat 09:00–18:00;
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Servis xidməti mövcuddur.
- İş yeri: Bakı-Sumqait şossesi 12ci km, Masazir